PAŞA Kapital “Euromoney” tərəfindən “Azərbaycanın ən yaxşı investisiya şirkəti” seçilib
Yerli kapital bazarlarının aparıcı investisiya şirkəti PAŞA Kapital beynəlxalq maliyyə nəşri Euromoney tərəfindən keçirilən "Awards for Excellence 2026" mükafat proqramı çərçivəsində “Azərbaycanın Ən Yaxşı İnvestisiya Şirkəti” nominasiyasının qalibi olub.
Dünyanın ən nüfuzlu maliyyə mükafatlarından biri hesab olunan bu uğur PAŞA Kapitalın Azərbaycanın kapital bazarının inkişafına verdiyi töhfənin, müştəriyönümlü yanaşmasının, innovativ investisiya həllərinin və beynəlxalq standartlara əsaslanan fəaliyyət modelinin qlobal səviyyədə olan növbəti təsdiqidir.
Kapital bazarlarının aparıcı iştirakçılarından biri kimi PAŞA Kapital investisiya xidmətləri sahəsində təqdim etdiyi həllərlə bazarın inkişafına töhfə verməyə, investisiya məhsullarını daha əlçatan etməyə, fərdi və institusional müştərilər üçün uzunmüddətli dəyər yaratmağa davam edir.
PAŞA Kapitalın Baş İcraçı Direktoru İsi Mustafayev bildirib:
"Euromoney kimi nüfuzlu beynəlxalq maliyyə nəşri tərəfindən bu mükafata layiq görülmək PAŞA Kapital üçün həm böyük qürur mənbəyi, həm də həyata keçirdiyimiz strategiyanın beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin göstəricisidir. Bu uğuru ötən dövrün nəticəsi olmaqla yanaşı, qarşıdakı mərhələyə dair daha böyük məsuliyyət kimi qiymətləndiririk. Növbəti dövrdə əsas məqsədimiz Azərbaycanın kapital bazarlarının davamlı inkişafına töhfə vermək, investorlara geniş çeşidli alətləri təqdim etmək və regionun aparıcı investisiya şirkətlərindən biri kimi mövqeyimizi daha da gücləndirməkdir."
PAŞA Kapital qarşıdakı dövrdə də strateji inkişaf prioritetlərinə sadiq qalaraq məhsul və xidmət portfelini genişləndirməyə, rəqəmsal imkanlarını inkişaf etdirməyə, müştəri təcrübəsini daha da təkmilləşdirməyə və kapital bazarlarının inkişafını dəstəkləyən innovativ həllərin tətbiqini davam etdirəcək.
PAŞA Kapital İnvestisiya Şirkətinin məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün www.pashacapital.az internet səhifəsinə daxil ola və ya 1548 Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
3 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
4 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti


























