AccessBank Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd etdi
(®) AccessBank 22 İyul – Milli Mətbuat Günü münasibətilə ölkənin aparıcı media nümayəndələri üçün Şamaxıya xüsusi səfər təşkil edib. Tədbirin məqsədi jurnalistlərin cəmiyyətin məlumatlandırılmasında oynadığı mühüm rola ehtiramı ifadə etmək, həmçinin Bank ilə media arasında formalaşmış səmərəli əməkdaşlığı daha da möhkəmləndirmək olub.
"Ulduzlar altında sözün işığına yığışdıq" şüarı ilə keçirilən tədbir çərçivəsində iştirakçılar üçün intellektual oyun təşkil olunub. Daha sonra media nümayəndələri Şamaxı Astrofizika Rəsədxanasını ziyarət edərək Azərbaycanın aparıcı elmi mərkəzlərindən birinin fəaliyyəti və burada həyata keçirilən elmi tədqiqatlarla tanış olublar. Axşam saatlarında isə jurnalistlər teleskop vasitəsilə ulduzları və gecə səmasını müşahidə etdilər.
Tədbir media nümayəndələri üçün səmimi mühitdə ünsiyyət qurmaq, fikir mübadiləsi aparmaq və Milli Mətbuat Gününü fərqli konsepsiyada qeyd etmək imkanı yaradıb.
AccessBank media ilə açıq dialoqa və qarşılıqlı etimada əsaslanan əməkdaşlığa xüsusi önəm verir. Bank peşəkar jurnalistikanın cəmiyyətin inkişafında oynadığı rolu yüksək qiymətləndirir və media ilə uzunmüddətli tərəfdaşlığını gələcəkdə də uğurla davam etdirməyi hədəfləyir.
Dəyərli media nümayədələri, peşə bayramınız mübarək!
Müştərilərin xəbərləri
“Azərpoçt” və “PostEurop” poçt sektorunun transformasiyasını və inkişaf perspektivlərini müzakirə edib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
3 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
3 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
- 7 saat əvvəl
-
8 saat əvvəl
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
-
10 saat əvvəl
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
Ən çox oxunanlar
Bu gündən Azərbaycanda ov mövsümü açılıb
Azərbaycan neftinin son qiyməti
Azərbaycanda milyonlarla manatlıq borc portfeli satışa çıxarıldı
Kanadanın neft-qaz nəhəngi Azərbaycanda filial açdı
Li Auto avtomobilləri Qazaxıstanda da istehsal ediləcək
Fransa şirkət 12 saat işləyə bilən elektrikli traktor istehsal edəcək – 2028-ci ildə satışa çıxarılacaq
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib – Rubio sərt xəbərdarlıq etdi






















