“EMBAFİNANS” 13 faizlə 4 milyon manat borclanır
BOKT “EMBAFİNANS” QSC istiqraz buraxılışı vasitəsilə kapital bazarından 4 milyon manat cəlb etməyə hazırlaşır.
Marja.az Bakı Fond Birjasına (BFB) istinadən xəbər verir ki, istiqrazların yerləşdirilməsi üzrə hərrac 30 iyul 2026-cı il tarixində keçiriləcək.
Buraxılış çərçivəsində hər birinin ilkin ticarət qiyməti 100 manat olan 40 min ədəd istiqraz investorlara təklif ediləcək. Qiymətli kağızların ümumi buraxılış həcmi 4 milyon manat təşkil edir.
İstiqrazlar üzrə illik gəlirlilik dərəcəsi 13% müəyyənləşdirilib. Faiz gəlirləri istiqrazların ilk yerləşdirildiyi tarixdən etibarən hər üç təqvim ayından bir ödəniləcək. Hesablamada bir ay 30 gün kimi qəbul ediləcək.
Qiymətli kağızların tədavül müddəti 12 aydır. Buraxılış tam həcmdə yerləşdirilərsə, “EMBAFİNANS”ın investorlar qarşısında illik faiz ödənişlərinin ümumi məbləği 520 min manat təşkil edəcək. Bu isə hər bir istiqraz üzrə il ərzində 13 manat, hər rüb üzrə isə 3 manat 25 qəpik gəlir deməkdir.
İstiqrazlar faizli, təmin edilməmiş, sənədsiz və adlı qiymətli kağızlardır. Bu o deməkdir ki, buraxılış üzrə öhdəlik ayrıca girov və ya zəmanətlə təmin olunmur.
Qiymətli kağızların yerləşdirilməsi kütləvi təklif üsulu ilə birqiymətli hərrac vasitəsilə həyata keçiriləcək. Buraxılışın anderrayteri “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.
Bakı Fond Birjasının Listinq Komitəsi 17 iyul 2026-cı il tarixli qərarı ilə “EMBAFİNANS”ın AZ2016020607 dövlət qeydiyyat nömrəli istiqrazlarının ticarətə buraxılmasına icazə verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
3 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
3 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 3 saat əvvəl
-
4 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti




























