SOCAR-ın 2-ci rübə dair qazma, hasilat, emal və ixrac göstəriciləri açıqlanıb
SOCAR-ın 2026-cı ilin 2-ci rübünə dair qazma, hasilat, emal və ixrac göstəriciləri açıqlanıb.
Cari ilin ikinci rübündə SOCAR tərəfindən həyata keçirilən qazma işləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 32,3% artaraq 24 min metr təşkil edib. Şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlardan 1,7 milyon ton neft, 1,8 milyard kubmetr qaz hasil olunub. Ölkə üzrə qaz hasilatı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 1% artaraq, 12,8 milyard kubmetr təşkil edib. Ümumilikdə, cari ilin ikinci rübündə Azərbaycanda 6,6 milyon tondan çox xam neft hasil olunub.
Hesabat dövründə SOCAR tərəfindən xarici bazarlara 3,3 milyon tondan çox neft ixrac edilib. Buraya şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir. Ölkə üzrə təbii qaz ixracı 6,3 milyard kubmetr7, istehlakı isə təqribən 2,5 milyard kubmetr8 təşkil edib. Təbii qaz ixracında 0,5 %, istehlakında isə 4,9 % artım qeydə alınıb.
Cari ilin ikinci rübündə SOCAR tərəfindən 1,4 milyon tondan çox neft, 679 milyon kubmetr qaz emal edilib. SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 556,4 min ton11 neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
1 gün sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
4 saat əvvəl
"2017-ci ilin aprelindən 1 dollar 1,7 manatdır və belə də olmağa davam edəcək"
- 4 saat əvvəl
-
7 saat əvvəl
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
-
8 saat əvvəl
Hörmüz planı təhlükədə — Trampın təklifi rədd etdiyi bildirilir
- 10 saat əvvəl
-
11 saat əvvəl
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
-
11 saat əvvəl
Azərbaycan nəhəng infrastruktur investoru ilə yeni layihələri müzakirə etdi
-
11 saat əvvəl
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək
-
11 saat əvvəl
Emin Ağalarov: “Sea Breeze”də nəzərdə tutulanların 85–90%-i hələ qabaqdadır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
SOCAR İtaliya millisinin Baş Qlobal Enerji Sponsoru olacaq
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
Ən çox oxunanlar
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək






























