Şirkət yeni tövlələr tikir - 80 min baş damazlıq ana qoyun saxlayacaq
Samux rayonunda müasir standartlara cavab verən iri damazlıq heyvandarlıq kompleksinin yaradılması istiqamətində işlər davam etdirilir. Layihə çərçivəsində qoyunçuluq və camışçılıq sahələrinin inkişafı, ölkədə damazlıq heyvandarlığın gücləndirilməsi və yüksək məhsuldarlığa malik təsərrüfat modelinin formalaşdırılması nəzərdə tutulur.
“Milagro Ganaderia” MMC-nin təsisçisi Fərid Mustafayev bildirib ki, hazırda təsərrüfat 1250 hektar ərazini əhatə edir. Bunun 250 hektarı pivot suvarma sistemləri ilə təmin olunmuş əkin sahəsi, qalan hissəsi isə otlaq kimi istifadə olunur.
Onun sözlərinə görə, hazırda təsərrüfatda 3600-ə yaxın xırdabuynuzlu heyvan saxlanılır. Növbəti mərhələdə yeni tövlələrin və müasir heyvandarlıq infrastrukturunun yaradılması planlaşdırılır. Məqsəd ekstensiv heyvandarlıq modelindən intensiv istehsal modelinə keçmək və damazlıq ana qoyunların sayını mərhələli şəkildə 70–80 min başa çatdırmaqdır.
F.Mustafayev qeyd edib ki, qoyunçuluq istiqamətində əsasən Azərbaycanın yerli Qaradolaq cinsi yetişdirilir. Bu cins həm Samux, həm də yaylaq kimi istifadə olunan Kəlbəcər ərazilərinin iqlim şəraitinə uyğunlaşması və yüksək ət məhsuldarlığı ilə seçilir.
Təsisçinin sözlərinə görə, layihənin mühüm istiqamətlərindən biri də südlük camışçılığın inkişafıdır. Bu məqsədlə Pakistandan yüksək süd məhsuldarlığı ilə seçilən Nili-Ravi cins damazlıq camışların gətirilməsi planlaşdırılır. Bildirilib ki, bu cinsdən olan bir baş camış gündə orta hesabla 16–17 litr süd verir, südün yağlılıq göstəricisi isə 7,5–8 faizə çatır.
F.Mustafayev vurğulayıb ki, təsərrüfatın ərazisindən Qabırrı çayının keçməsi, geniş su hövzələrinin və qamışlıq sahələrinin mövcudluğu camışçılığın inkişafı üçün əlverişli təbii şərait yaradır. Məhz bu amillər nəzərə alınaraq layihə yüksək məhsuldarlıqlı südlük camışçılıq istiqamətində qurulur.
O qeyd edib ki, həyata keçirilən layihə ölkədə damazlıq heyvandarlığın inkişafına, keyfiyyətli ət və süd istehsalının artırılmasına, eləcə də aqrar sektorun dayanıqlı inkişafına mühüm töhfə verəcək.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
1 gün sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
4 saat əvvəl
"2017-ci ilin aprelindən 1 dollar 1,7 manatdır və belə də olmağa davam edəcək"
- 4 saat əvvəl
-
7 saat əvvəl
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
-
8 saat əvvəl
Hörmüz planı təhlükədə — Trampın təklifi rədd etdiyi bildirilir
- 10 saat əvvəl
-
11 saat əvvəl
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
-
11 saat əvvəl
Azərbaycan nəhəng infrastruktur investoru ilə yeni layihələri müzakirə etdi
-
11 saat əvvəl
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək
-
11 saat əvvəl
Emin Ağalarov: “Sea Breeze”də nəzərdə tutulanların 85–90%-i hələ qabaqdadır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
SOCAR İtaliya millisinin Baş Qlobal Enerji Sponsoru olacaq
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
Ən çox oxunanlar
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək





























