İnvestAZ və SİMA İmza əməkdaşlığı sayəsində hesablar tam onlayn açılır
(®) İnvestAZ İnvestisiya Şirkəti SİMA İmza ilə davam etdirdiyi əməkdaşlıq çərçivəsində istifadəçilərinə tamamilə onlayn formatda investisiya hesabı açmaq imkanı təqdim edir.
SİMA İmza ilə inteqrasiya sayəsində istifadəçilər kimliklərini elektron qaydada təsdiqləyərək, ofisə gəlmədən bir neçə dəqiqə ərzində İnvestAZ-da hesab yarada, sənədləri rəqəmsal imzalaya və investisiya fəaliyyətinə başlaya bilirlər. Bu həll uzun müddətdir müştərilər tərəfindən uğurla istifadə olunur və şirkətin rəqəmsal xidmətlər strategiyasının əsas özəlliklərindən birinə çevrilib.
İnvestAZ-ın rəhbərliyi bildirir ki, SİMA İmza ilə əldə olunan bu rəqəmsal identifikasiya imkanı müştəri təcrübəsini əhəmiyyətli dərəcədə asanlaşdırıb və regionlarda yaşayan istifadəçilər üçün investisiya bazarına çıxışı daha əlçatan edib.
İnvestAZ-ın rəhbərliyi: “Onlayn hesab açılışı bizim üçün yeni bir addım deyil bu, artıq illərdir müştərilərimizə etibarlı və rahat şəkildə xidmət etdiyimiz bir prosesdir. SİMA İmza ilə əməkdaşlığımız bu sahədə əsas dayaq nöqtələrimizdən biridir və biz bu təcrübəni daha da təkmilləşdirməyə davam edirik”
Hazırda İnvestAZ-da SİMA İmza vasitəsilə qoşulan istənilən şəxs bir neçə addımda profilini yaradaraq, elektron imza ilə müqavilələri təsdiqləyə və dərhal ticarətə başlaya bilər. Şirkət bildirir ki, gələcəkdə bu prosesin daha da sadələşdirilməsi və yeni rəqəmsal xidmətlərin əlavə olunması istiqamətində işlər davam edir.
İnvestAZ haqqında
İnvestAZ İnvestisiya Şirkəti Azərbaycanda fəaliyyət göstərən, rəsmi sertifikatlı, 20 ildən çox təcrübəyə sahib investisiya şirkətidir. Şirkət fiziki və hüquqi şəxslərə maliyyə bazarlarında müasir, təhlükəsiz və əlçatan investisiya xidmətləri təqdim edir.
Əlaqə üçün:
E-poçt: [email protected]
Telefon: *1234
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
2 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
3 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti
























