Azərbaycanın xarici borc yükü daha da azalıb - son rəqəmlər açıqlandı
Xarici dövlət borcu üzrə ən böyük kreditor məlum oldu: Asiya İnkişaf Bankı ilk sıradadırXarici dövlət borcu 4,6 milyard dollara düşüb – Valyuta ehtiyatları borcu 18,6 dəfə üstələyir
2026-cı il iyulun 1-nə Azərbaycanın xarici dövlət borcu 4 milyard 616,8 milyon ABŞ dolları (7 milyard 848,6 milyon manat) təşkil edib. Bu məbləğ 2026-cı il üzrə proqnozlaşdırılan ÜDM-in 6 faizinə bərabərdir.
Marja xəbər verir ki, Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin Statistik Bülleteninə əsasən, xarici dövlət borcu ilin əvvəli ilə müqayisədə 196,7 milyon ABŞ dolları və ya 4,1 faiz azalıb.
Hesabat dövründə kredit sazişləri üzrə 57,1 milyon ABŞ dolları məbləğində yeni vəsait cəlb edilsə də, 233,4 milyon ABŞ dolları məbləğində əsas borcun qaytarılması və valyuta məzənnələrindəki dəyişikliklər nəticəsində borc portfeli kiçilib. Xarici dövlət borcunun ÜDM-ə nisbəti də ilin əvvəli ilə müqayisədə 0,3 faiz bəndi azalıb.
Xarici dövlət borcu portfelinin 35,7 faizi Asiya İnkişaf Bankının, 30 faizi avrobond investorlarının, 12,9 faizi Dünya Bankının, qalan hissəsi isə digər beynəlxalq maliyyə institutlarının payına düşür.
Statistik Bülletendə qeyd olunur ki, 2026-cı il iyulun 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 85,8 milyard ABŞ dollarına çatıb. Bu göstərici xarici dövlət borcunu təxminən 18,6 dəfə üstələyir.
Xarici dövlət borcunun 86,4 faizi ABŞ dolları ilə formalaşıb. Borcun 59,5 faizinin 5 ilədək müddətdə ödənilməsi nəzərdə tutulur. Orta ödəmə müddəti isə 4,8 il təşkil edir.
Xarici dövlət borcunun ardıcıl azalması Azərbaycanın borc idarəçiliyində konservativ siyasət yürütməyə davam etdiyini göstərir. ÜDM-in cəmi 6 faizi həcmində xarici borc beynəlxalq meyarlarla olduqca aşağı göstərici hesab olunur.
Ən diqqətçəkən göstərici strateji valyuta ehtiyatlarının xarici borcu 18,6 dəfə üstələməsidir. Bu, ölkənin xarici öhdəliklərini ödəmək imkanlarının yüksək olduğunu göstərən əsas maliyyə indikatorlarından biridir.
Borc portfelində çoxtərəfli maliyyə institutlarının üstünlük təşkil etməsi və xarici borcun böyük hissəsinin uzun illər ərzində cəlb edilmiş güzəştli kreditlərdən ibarət olması riskləri məhdudlaşdıran amillər sırasındadır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 4 gün sonra
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
- 1 gün əvvəl
-
1 gün əvvəl
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
Neft-qazdan külək və Günəş enerjisinədək – Azərbaycan və Vyetnam prezidentləri enerji əməkdaşlığını müzakirə ediblər
Ən çox oxunanlar
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
“AzerGold” da qiymətlərə endirim etdi - qızıl külçələr 10,49 faizədək, gümüş külçələr 44,17 faizədək ucuzlaşıb
Azərbaycan neftinin son qiyməti
Çipsi və qazlı içkilər üçün aksiz təklif olunur - İstehsalçılar verginin təxirə salınmasını istəyirlər
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq





















