"Bazar, soyuducu anbar və emal sexi olmadığından meyvələrin yarısı yerdə qalır, keyfiyyətini itirir"
"Şirkətimizə böyük məbləğdə ziyan dəyir".Vaxtilə boş qalmış, kol-kos basmış torpaqlar əməkçi əllərin zəhməti, hərarəti sayəsində cana gəlib, əsl gülüstana çevrilib. “Mriya” MMC tərəfindən 70 hektar ərazidə meyvə bağı salınıb. Həmsöhbətimiz təsərrüfatın aqronomu, təcrübəli kənd təsərrüfatı işçisi 5amiz Hüseynov barın ağırlığından budaqları əyilmiş ağacları göstərərək deyir:
"Sitrus meyvəçiliyi bölgəmizdə aqrar sektorun ənənəvi, yüksək rentabelli sahələrindən sayılır. Təsərrüfatın 34 hektarını da sitrus ağacları təşkil edir. Bundan əlavə, 15 hektar feyxoa, 7 hektar şaftalı, 1 hektar gilas, 1 hektar gavalı bağımız var. Daha 5 hektar sahədə ekzotik meyvə qrupuna daxil olan qaragilənin “Bluecrop” (mavigilə) növündən ibarət yeni, intensiv bağ salmışıq. Ümumilikdə, 8 növ meyvə yetişdirib ölkəmizin daxili bazarlarına çıxarırıq. Mayın 25-də ölkə Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən kənd təsərrüfatı məsələlərinə həsr edilmiş respublika müşavirəsi və “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” ərzaq təhlükəsizliyini gücləndirmək, aqrar sahənin inkişafı və rəqabət qabiliyyətliliyini artırmaq üçün geniş imkanlar açıb. Kollektivimiz Dövlət Proqramını rəhbər tutaraq yeni vəzifələr müəyyənləşdirib.
Müasir texnologiyaya əsaslanan, intensiv meyvəçiliyin inkişafı ilə əlaqədar bağların ərazisini genişləndirməyi nəzərdə tutmuşuq. 16 hektar sahədə yeni bağ salmaq üşün tinglərimiz var. Kivi ağacları yetişdirməklə subtropik meyvəçiliyin də inkişafına töhfələrimizi vermək fikrindəyik. Bundan əlavə, aqroturizmlə məşğul olmaq üçün kifayət qədər imkanlar mövcuddur".
Mövsüm ərzində 8 ton gilas, 10 ton şaftalı tədarük etmişik. Məhsulun satışı üçün bazar, soyuducu anbar və emal sexi olmadığından feyxoanın, şaftalının, gilasın və digər meyvələrin, təxminən, yarısı yerdə qalır, keyfiyyətini itirir. Nəticədə, müəssisəyə böyük məbləğdə ziyan dəyir. Müəssisəmizdə 30 nəfər daimi işçi çalışır. Məhsul yığımının qızğın çağında isə “Mriya” MMC 100 nəfəri işlə təmin edir. Onların aylıq əməkhaqqı 600-800 manata çatır. Bir sözlə, təsərrüfatımız artıq neçə-neçə ailənin qazanc, dolanacaq yerinə çevrilib. İşçilərdən bir neçəsi ilə həmsöhbət olduq.
Uzun müddət iş axtarışında olduğunu bildirən İirdəni kənd sakini Sülhanə Şəfiyeva dedi: "Sağ olsun “Mriya” MMC-nin rəhbərliyi, məni və bacım Saçlını da işlə təmin etdi. Meyvə yığır, çeşidləyir, qablaşdırırıq. Qazancımız da yaxşıdır. Təkcə bizim kənddən 30 nəfər burada özünə iş tapıb...
Müəssisənin qayğıları da az deyil. İntensiv üsullarla yeni bağlar salmaq, ekoloji cəhətdən təmiz, keyfiyyətli məhsul istehsalını artırmaq, aqroturizmi inkişaf etdirmək üçün torpaq sahəsinə, soyuducu anbarların və emal sexlərinin tikilməsinə böyük ehtiyac vardır. Əlaqədar təşkilatlar müəssisənin çətinliklərinə, üzləşdiyi problemlərə həssaslıqla yanaşmalı, qayğı və köməyini əsirgəməməlidir.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
© "Xalq" qəzeti
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
1 gün sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
4 saat əvvəl
"2017-ci ilin aprelindən 1 dollar 1,7 manatdır və belə də olmağa davam edəcək"
- 4 saat əvvəl
-
7 saat əvvəl
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
-
8 saat əvvəl
Hörmüz planı təhlükədə — Trampın təklifi rədd etdiyi bildirilir
- 10 saat əvvəl
-
11 saat əvvəl
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
-
11 saat əvvəl
Azərbaycan nəhəng infrastruktur investoru ilə yeni layihələri müzakirə etdi
-
11 saat əvvəl
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək
-
11 saat əvvəl
Emin Ağalarov: “Sea Breeze”də nəzərdə tutulanların 85–90%-i hələ qabaqdadır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
SOCAR İtaliya millisinin Baş Qlobal Enerji Sponsoru olacaq
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
Ən çox oxunanlar
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək


























