VTB (Azərbaycan) 0 komissiya ilə 100 000 AZN-dək kredit kampaniyasına start verir
(®) VTB (Azərbaycan) yeni nağd kredit kampaniyasına start verib. Kampaniya çərçivəsində müştərilər tam komissiyasız və zaminsiz 100 000 AZN-dək, rəsmiləşdirmə üstünlükləri ilə istehlak krediti əldə edə bilərlər.
Yeni kampaniya daha böyük maliyyə imkanları axtaran müştərilər üçün nəzərdə tutulub.
Kredit məbləği aylıq gəlirin 26 mislinədək müəyyən edilir ki, bu da mənzil təmiri, avtomobil alışı, təhsil, səyahət və digər iri maliyyə planlarının daha rahat həyata keçirilməsinə imkan yaradır.
Kreditlər illik 9,9%-dən başlayan faiz dərəcəsi ilə 59 ayadək müddətə təqdim olunur. Uzunmüddətli maliyyələşmə aylıq ödənişləri daha rahat planlaşdırmağa və kredit yükünü daha optimal şəkildə idarə etməyə imkan yaradır.
Kampaniyanın üstünlüklərindən biri də digər banklardakı kreditlərin əlavə komissiya olmadan VTB-də birləşdirilməsi imkanıdır. Bu həll müştərilərə bütün öhdəliklərini bir bankda toplamağa, vahid ödəniş tarixi ilə kreditlərini daha rahat idarə etməyə imkan verir.
VTB (Azərbaycan)-ın İdarə Heyətinin üzvü və Pərakəndə Biznesin rəhbəri Yaşar Kərimov bildirib:
"Bu kampaniyanı hazırlayarkən əsas məqsədimiz müştərinin maliyyə imkanlarını genişləndirmək idi. Biz yalnız aşağı faiz dərəcəsi təqdim etmirik. Eyni zamanda hər kəsə 100 000 manatadək kredit, 0 komissiya, zaminsiz rəsmiləşdirmə və aylıq gəlirin 26 mislinədək maliyyələşmə kimi üstünlükləri bir məhsulda birləşdirərək müştərilər üçün həqiqətən rəqabətli və rahat həll yaratmışıq."
Krediti VTB (Azərbaycan)-ın bütün filiallarında, bankın rəsmi internet saytı (link) vasitəsilə onlayn və ya 986 Məlumat Mərkəzinə zəng etməklə rəsmiləşdirmək mümkündür.
Müştərilərin xəbərləri
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
4 saat sonra
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
- 4 d. əvvəl
-
16 d. əvvəl
“e-rüsum” üzrə ödənilmiş dövlət rüsumlarının məbləği 52,7 milyon manat təşkil edib
- 52 d. əvvəl
- 58 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanla Böyük Britaniya arasında Anlaşma - Birgə İşçi Qrupu yaradılacaq
-
1 saat əvvəl
ABŞ gələn il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu artırıb
-
2 saat əvvəl
DeepSeek maliyyələşmə raundunu 15 milyard dollara qədər artırmağı nəzərdən keçirir
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Rusiyada taun şübhəsi: laboratoriya əməkdaşının ölümü araşdırılır
“Vitol”un rəhbərindən Qərbdə neft ehtiyatları ilə bağlı xəbərdarlıq
ABŞ-da gözləniləndən böyük ticarət kəsiri
Uber 2,3 milyard dollara keytrinq biznesinə daxil olur
Dövlət Xidmətinin vəzifəli şəxsi cərimələnib və həbsdən azad olunub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub




















