BOKT 15 faizlə 1 milyon manat cəlb edir
“International” Bank Olmayan Kredit Təşkilatı (BOKT) ASC istiqraz emissiyası yolu ilə 1 milyon manat vəsait cəlb etməyi planlaşdırır.
Marja.az Bakı Fond Birjasına (BFB) istinadən xəbər verir ki, emissiya çərçivəsində hər birinin nominal dəyəri 100 manat olan 10 min ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraz yerləşdiriləcək.
İstiqrazların illik gəlirlilik faizi 15%, tədavül müddəti isə 24 aydır. Hesablanmış faizlər istiqrazların yerləşdirildiyi tarixdən etibarən hər 30 təqvim günündən bir ödəniləcək.
Qiymətli kağızların yerləşdirilməsi üzrə rəqabətli və kütləvi hərrac 6 avqust 2026-cı il tarixində Bakı Fond Birjasında keçiriləcək. İstiqrazların ilkin ticarət qiyməti 100 manat müəyyən edilib.
Emissiyanın anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.
Bakı Fond Birjasının Listinq Komitəsi 8 iyul 2026-cı il tarixli qərarı ilə “International” BOKT-un istiqrazlarının ticarətə buraxılması üçün müvafiq icazə verib.
İstiqrazların dövlət qeydiyyat nömrəsi (ISIN) AZ20052021022-dir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
2 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
2 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti


























