Rabitəbankdan lombard krediti üzrə faiz dərəcəsində 4%-dək endirim ®
Müştərilərinin maliyyə ehtiyaclarına rahat həllər təqdim edən Rabitəbank lombard krediti üzrə sərfəli kampaniyasını davam etdirir.
Qızıl girovu müqabilində təqdim olunan lombard krediti vəsaitə operativ çıxış imkanı yaradaraq gözlənilməz xərclərin, maliyyə ehtiyaclarının qısa müddətdə qarşılanmasına şərait yaradır.
Kampaniya çərçivəsində 18–70 yaş aralığında olan və qızıl girovu təqdim edən müştərilər 100 000 AZN-dək məbləğdə krediti 3 aydan 48 ayadək müddətə 4%-dək faiz endirimi ilə rəsmiləşdirə bilərlər.
Lombard krediti haqqında ətraflı məlumat almaq və kredit sifarişini rəsmiləşdirmək üçün linkə https://rbt.az/lombard-krdt keçid edə bilərsiniz.
Rahat bankçılıq prinsiplərinə sadiq qalan Rabitəbank müştərilərinin ehtiyaclarına uyğun maliyyə həllərini davamlı olaraq təkmilləşdirərək, kredit məhsullarını daha əlçatan, çevik və sərfəli etməyə davam edir.
Məlumat üçün bildirək ki, “Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və “Rahat bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.
Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile”, “Rabita Junior” və “Rabita Business” tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.
Müştərilərin xəbərləri
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
5 saat sonra
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
-
42 d. əvvəl
ABŞ gələn il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu artırıb
-
1 saat əvvəl
DeepSeek maliyyələşmə raundunu 15 milyard dollara qədər artırmağı nəzərdən keçirir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Rusiyada taun şübhəsi: laboratoriya əməkdaşının ölümü araşdırılır
-
1 saat əvvəl
“Vitol”un rəhbərindən Qərbdə neft ehtiyatları ilə bağlı xəbərdarlıq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
16 saat əvvəl
Dövlət Xidmətinin vəzifəli şəxsi cərimələnib və həbsdən azad olunub
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
Rəsmi məzənnələr açıqlandı
“Vitol”un rəhbərindən Qərbdə neft ehtiyatları ilə bağlı xəbərdarlıq
ABŞ-da gözləniləndən böyük ticarət kəsiri
Ən çox oxunanlar
Uber 2,3 milyard dollara keytrinq biznesinə daxil olur
Dövlət Xidmətinin vəzifəli şəxsi cərimələnib və həbsdən azad olunub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Birbank yeni doğulan uşaqların adına ağac əkəcək ®
“Unicapital” 7-ci yerdən 3-cü yerə qalxıb




















