Kapital Bank istiqrazlarına investor axını: Tələb təklifi 3 dəfə üstələdi
50 milyon manatlıq istiqraza 146 milyon manatlıq sifariş gəldiÖlkənin birinci bankı Kapital Bank tərəfindən fond bazarına təqdim edilən ümumi həcmi 50 milyon manat olan istiqrazların yerləşdirilməsi 5 avqust 2026-cı il tarixində Bakı Fond Birjasında başa çatıb.
Marja.az Banka istinadən xəbər verir ki, Kapital Bank istiqrazlarına həm fiziki, həm də hüquqi şəxslər tərəfindən yüksək maraq göstərilib. Belə ki, abunə yazılışında toplanan sifarişlərin həcmi buraxılış həcmindən 3 dəfəyə yaxın çox olub.
Abunə yazılışına ümumilikdə 330-dan çox investor tərəfindən 146 milyon manatdan çox sifariş verilib. Ümumilikdə, istiqrazların alınması üçün 314 fiziki şəxs tərəfindən 57 milyon manatdan çox sifariş verilib ki, onların da 246 nəfəri Birbank Invest tətbiqi vasitəsilə tam rəqəmsal şəkildə abunə yazılışında iştirak edib.
Kapital Bank istiqrazlarına abunə yazılışı həm Birbank Invest tətbiqi, həm də Kapital Bank/Birbank filialları vasitəsilə həyata keçirilib. Birbank Invest platforması investorlara yerli və xarici maliyyə bazarlarında investisiya əməliyyatlarını tam rəqəmsal şəkildə həyata keçirmək imkanı təqdim edir.
Qeyd edək ki, Kapital Bank istiqrazlarının müddəti 1 il, illik gəlirliliyi isə 10% təşkil edir. Faiz gəlirləri investorlara aylıq ödənilir. Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.
Kapital Bank istiqrazları vətəndaşlar üçün etibarlı və güvənilir investisiya olmaqla yanaşı, yerli kapital bazarının inkişafına da mühüm töhfədir. Uğurlu yerləşdirmənin davamı olaraq Kapital Bank Azərbaycan kapital bazarında aktiv şəkildə iştirak etməyi və investorlara yeni investisiya məhsulları təklif etməyi hədəfləyir.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 116 filialı, 51 şöbəsi və 13 Rəqəmsal Mərkəzi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
1 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
2 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti

























