Xəzər dənizinin dibi ilə Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin çəkilişi başa çatıb
Tarixi layihə tamamlandı: Xəzərin dibindən 380 kilometrlik internet magistralı çəkildiAvropa ilə Asiya arasında Azərbaycan tərəfinin təşəbbüsü ilə həyata keçirilən Rəqəmsal İpək Yolu layihəsi çərçivəsində Xəzər dənizinin dibi ilə ilk fiber-optik kabelin çəkilməsi uğurla başa çatıb.
“AzerTelecom” və “Kazakhtelecom” şirkətləri tərəfindən icra olunan Trans-Xəzər Fiber-Optik Kabel Xətti layihəsinə əsasən Sumqayıt şəhərindən (Azərbaycan) Aktau şəhəri (Qazaxıstan) istiqamətində 380 km uzunluğunda sualtı fiber-optik kabel xətti çəkilib. Xüsusi avadanlıqla təchiz olunmuş gəmi vasitəsilə zirehli fiber-optik kabel Xəzər dənizinin dibi ilə təhlükəsiz və dayanıqlı marşrut üzrə yerləşdirilib.
“AzerTelecom” şirkətinin Direktorlar Şurasının sədri Emil Məsimov layihənin strateji əhəmiyyətini vurğulayaraq qeyd edib: “Azərbaycan üzərindən yeni rəqəmsal dəhliz yaradacaq "Rəqəmsal İpək Yolu" layihəsinin əsas komponentlərindən biri Xəzər dənizinin dibi ilə fiber-optik kabel xəttinin çəkilməsidir. Layihəni texniki baxımdan mürəkkəbləşdirən əsas amil Xəzər dənizinin dibi ilə belə bir infrastrukturun ilk dəfə yaradılması idi. Bu mərhələnin uğurla tamamlanması tezliklə Xəzər dənizi üzərindən Avropa ilə Asiya arasında trafik mübadiləsinin başlamasına imkan verəcək”.
Hazırda kabel xəttinin sahilyanı infrastrukturla inteqrasiyası, həmçinin yerüstü infrastrukturun tikintisi üzrə işlər davam etdirilir. Trans-Xəzər Fiber-Optik Kabel Xətti layihəsinin 2026-cı ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.
Xəzər dənizində ilk sualtı rəqəmsal marşrut regionda 400 terabit/s-dən çox yüksəksürətli internet bağlantısını, böyük həcmdə məlumat mübadiləsini təmin edəcək, həmçinin regionda rəqəmsal xidmətlərin inkişafına töhfə verəcək.
Trans-Xəzər Fiber-Optik Kabel Xətti “Rəqəmsal İpək Yolu” layihəsinin önəmli hissəsidir. Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan və Bolqarıstan ərazilərindən keçəcək rəqəmsal telekommunikasiya dəhlizi - “Rəqəmsal İpək Yolu” məlumatların ötürülməsində yüksək zolaq genişliyi və minimal gecikməni təmin edən ən optimal və qısa marşrut olmaqla ölkələr arasında regional əməkdaşlığa və dayanıqlı inkişafa təkan verəcək.
"AzerTelecom" haqqında
"AzerTelecom" regionun ən böyük beynəlxalq magistral operatoru olmaqla internet trafikinin topdansatışı, tranziti, transmissiya və s. xidmətləri təqdim edir. "AzerTelecom" müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibində olan "Azerconnect Group"a daxildir.
“Kazakhtelecom” haqqında
“Kazakhtelecom” Qazaxıstanın ən böyük telekommunikasiya şirkətidir və milli telekommunikasiya operatoru statusuna malikdir. Şirkət sabit telefon, genişzolaqlı internet, rəqəmsal televiziya, mobil rabitə və digər telekommunikasiya xidmətləri təqdim edir.
Müştərilərin xəbərləri
7–10 günə əsas mərhələ tamamlanır, "ABB Davr" oktyabrda fəaliyyətə başlaya bilər - ABB-nin sədrilə MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 gün sonra
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
- 6 d. əvvəl
-
-
35 d. əvvəl
Paşinyan Ermənistanın Azərbaycana ilk ixracını həyata keçirdiyini bildirib
-
1 saat əvvəl
“Mərmər İnşaat”ın gəlirləri 29% azalıb – şirkət zərərdən mənfəətə keçib
-
1 saat əvvəl
Mərkəzi Bank 2 ödəniş sektoru şirkəti barəsində tədbir görüb
-
1 saat əvvəl
İlin əvvəlindən fantastik məbləğlər qazanıblar - Bu il sərvətini ən çox artıran milyarderlər
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycandan Ermənistana 1 000 tona yaxın dizel yanacağı göndərilib
-
2 saat əvvəl
AzInTelecom bulud xidmətləri ilə növbəti beynəlxalq uğura imza atıb!
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bank sədri: "Artıq 10 milyon yox, 50 milyona yaxın müştəriyə xitab edəcəyik"
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
Azərbaycan Özbəkistandan arı tədarükünü bərpa edib
İlin əvvəlindən fantastik məbləğlər qazanıblar - Bu il sərvətini ən çox artıran milyarderlər
AzInTelecom bulud xidmətləri ilə növbəti beynəlxalq uğura imza atıb!
Audit hesabatı problem yaratdı – lisenziyası ləğv edildi
Ən çox oxunanlar
7–10 günə əsas mərhələ tamamlanır, "ABB Davr" oktyabrda fəaliyyətə başlaya bilər - ABB-nin sədrilə MÜSAHİBƏ
Azərbaycan neftinin qiyməti 100 dolları keçib
Yeni Pajero təqdim edildi — Əfsanəvi SUV 20 ildən sonra tamamilə yeni nəsillə geri qayıdır
Tramp Putinlə görüş üçün əsas şərti açıqlayıb
Rəsmi məzənnələr açıqlandı























