Kredit Həyat Sığortasına maraq niyə artır?
Son dövrlərdə kredit həyat sığortasına marağın artması insanların maliyyə təhlükəsizliyinə daha çox önəm verməsi ilə əlaqələndirilir.
Kredit götürən zaman əsas suallardan biri borcun gözlənilməz vəziyyətlərdə necə ödəniləcəyidir. Kredit həyat sığortası məhz bu riskin idarə olunmasına kömək edir. Sığorta hadisəsi baş verdikdə, müqavilənin şərtlərinə uyğun olaraq kredit üzrə qalan borcun sığorta şirkəti tərəfindən ödənilməsi mümkün olur.
Bu, həm kredit götürən şəxs, həm də onun ailəsi üçün əlavə maliyyə yükünün qarşısını almağa kömək edir. Xüsusilə uzunmüddətli və böyük məbləğli kreditlərdə belə təminatın əhəmiyyəti daha çox hiss olunur.
Marağın artmasının digər səbəbi isə insanların sığorta məhsulları haqqında əvvəlki illərlə müqayisədə daha çox məlumat əldə etməsidir. Müştərilər artıq kredit seçərkən yalnız faiz dərəcəsinə və aylıq ödənişə deyil, mümkün risklərə də diqqət yetirirlər.
PAŞA Həyat kredit həyat sığortası üzrə müştərilərin üstünlük verdiyi şirkətlərdən biridir. Müştərilərin seçimində əsas amillərdən biri şirkətə olan etimaddır. Kredit götürərkən kredit həyat sığortasını seçən şəxsin başına bədbəxt hadisə gəldikdə, kredit üzrə qalan borc həyat sığortası şirkəti tərəfindən ödənilir. Beləliklə, kredit yükü ailənin üzərində qalmır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 4 gün sonra
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
- 1 gün əvvəl
-
1 gün əvvəl
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
Neft-qazdan külək və Günəş enerjisinədək – Azərbaycan və Vyetnam prezidentləri enerji əməkdaşlığını müzakirə ediblər
Ən çox oxunanlar
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
“AzerGold” da qiymətlərə endirim etdi - qızıl külçələr 10,49 faizədək, gümüş külçələr 44,17 faizədək ucuzlaşıb
Azərbaycan neftinin son qiyməti
Çipsi və qazlı içkilər üçün aksiz təklif olunur - İstehsalçılar verginin təxirə salınmasını istəyirlər
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq





















