Çəltik sahələrinin sığortası davam edir – ŞƏRTLƏR, MƏBLƏĞLƏR – SON 10 GÜN!
Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi çərçivəsində çəltik sahələrinin sığortalanması davam edir.
Aqrar Sığorta Fondu bildirir ki, fermerlər və təsərrüfat rəhbərləri öz çəltik əkini sahələrini avqustun 20-dək dövlət dəstəyi ilə sığortalaya bilərlər.
Xatırladaq ki, çəltik Azərbaycanda 100-lərlə fermer tərəfindən 10-dan artıq rayonda becərilir. Ölkədə çəltik əkin sahələri 5 min hektardan artıqdır.
Ölkəmizdə çəltik əsasən iki regionda – Mərkəzi Aran və Lənkəran-Astara zonalarında becərilir. Çəltik əkinlərinin böyük hissəsi Mərkəzi Aran iqtisadi rayonunun payına düşür. Bu regionda 2 900 hektara yaxın çəltik əkilir. Lənkəran-Astara regionunda 1 140 hektar, Salyan rayonunda isə 970 hektar sahədə çəltik becərilir.
Ölkəmizdə ən çox çəltik sahəsi olan rayonlar Ucar (1 275 hektar), Salyan (972 hektar), Ağdaş (718 hektar) və Lənkəran (662 hektar) rayonlarıdır.Bundan başqa, Zərdabda 380 hektar, Göyçayda 372 hektar, Astarada 306 hektar, Masallıda 179 hektar, Yevlaxda isə 146 hektar sahədə çəltik becərilir.
Xüsusi qulluq tələb edən çəltik sahələri təbiət və digər risklərə qarşı həssasdır. İstənilən təbii fəlakət və digər hadisə çəltik sahəsinə zərər vuraraq məhsulu məhv edə bilər. Bu isə çəltik becərən fermerlərin gəlirlərinə və rifahına ciddi zərbə vura bilər.
41 növ bitki və bitki məhsulunu əhatə edən aqrar sığorta mexanizmi məhz bu risklərdən qorunmağa imkan verir.
Aqrar Sığorta Fondu çəltik sahələrini təbiət hadisələri – dolu, fırtına, qasırğa, sel və subasma, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri və digər çoxsaylı risklərdən sığortalayır.
Sığorta haqqına 50% subsidiya tətbiq edilməsi, yəni sığorta haqqının yarısının dövlət tərəfindən ödənilməsi nəticəsində fermerlər kiçik məbləğ ödəməklə çəltik sahələrini sığortalaya bilərlər. Belə ki, 1 000 manatlıq çəltik məhsulunun sığortalanması Ağdaş rayonunda fermerə cəmi 6 manata, Lənkəranda isə 5,7 manata başa gəlir.
Çəltik üzrə orta məhsuldarlıq və məhsulun qiyməti nəzərə alındıqda, 1 hektar sahədən gözlənilən təqribən 10 min manatlıq çəltik məhsulunu sığortalamaq fermerə 55–60 manata başa gəlir. Bu məbləğ çəltiyin becərilməsi və ona qulluq xərclərindən dəfələrlə aşağıdır.
Xatırladaq ki, Aqrar Sığorta Fondu indiyədək çəltik əkinləri üzrə də ödənişlər həyata keçirib. Belə ki, Fond tərəfindən indiyədək 460 hektar çəltik sahəsinə dəymiş zərərlər üzrə ümumilikdə 112 min manat aqrar sığorta ödənişi edilib. Bu ödənişlərin həcmi hər il artır.
Azərbaycanda çəltik əkini sahələrinin dövlət dəstəyi ilə aqrar sığortalanması avqustun 20-dək davam edəcək. Aqrar Sığorta Fondu fermerləri və təsərrüfat rəhbərlərini çəltik sahələrini qorumağa və sərfəli şərtlərlə sığortalamağa çağırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
3 gün sonra
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
-
19 saat sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
-
10 d. əvvəl
Avrozonada inflyasiya təxminən 3 ilin ən yüksək səviyyəsinə çatdı
-
19 d. əvvəl
Milli Depozit Mərkəzi Avropa Mərkəzi Depozitarlar Assosiasiyasına üzv qəbul olunub
-
45 d. əvvəl
SOCAR Çin nəhəngi ilə birgə neft və qaz layihələri həyata keçirəcək - ANLAŞMA
-
1 saat əvvəl
SOCAR ABŞ-ın qaz bazarında böyük addım atır – 1,65 milyard dollarlıq razılaşma
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bu şirkətin illik gəliri 57 milyon manatı keçıb – Mənfəəti 25% yüksəlib
-
3 saat əvvəl
Daha bir şirkət 15%-lik istiqraz buraxır – 2 milyon manat cəlb etmək istəyir
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Avrozonada inflyasiya təxminən 3 ilin ən yüksək səviyyəsinə çatdı
BOKT 13%-lə bazardan 3 milyon manat borc aldı
Ən çox oxunanlar
“Kəpəz BOKT” 15%-lə 1 milyon manat borc cəlb etdi
"Swiss Life" 600 əməkdaşını ixtisar edəcək
Azərbaycanda balıq ovu mövsümü açıq elan edilib
Hörmüz boğazında 2 nəhəng neft tankeri vurulub
Sentyabrın 2-də gözlənilən hava şəraiti
XalqKartda 5% keşbeklə “Məktəbə qayıdış” ®
Prezident Hindistanın Baş naziri ilə söhbət etdi - Fotolar





















