“Azərsun Holdinq” yerli xammaldan günəbaxan yağı istehsalını 4000 tona çatdıracaq
“Azərsun Holdinq” Azərbaycanda ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, yerli xammal bazasının genişləndirilməsi və bitki yağı istehsalında idxaldan asılılığın azaldılması istiqamətində yeni layihəyə start verib.
Layihə çərçivəsində cari ildə Biləsuvar və Həkəri ərazilərində ümumilikdə 229 hektar sahədə günəbaxan əkini həyata keçirilib. Mövsüm ərzində bu sahələrdən təxminən 600 ton günəbaxan məhsulunun əldə olunması gözlənilir.
Şirkətin uzunmüddətli strategiyasına əsasən, 2030-cu ilədək günəbaxan əkinlərinin 1 800 hektara, yağ istehsalının isə 4 000 tona çatdırılması planlaşdırılır.
Layihənin əsas məqsədi yerli günəbaxan istehsalını artırmaqla Bakı Qida və Yağ Fabrikinin xammal təminatında yerli resursların payını mərhələli şəkildə yüksəltmək, kənd təsərrüfatı istehsalçıları ilə əməkdaşlığı genişləndirmək və ölkənin ərzaq təhlükəsizliyinə töhfə verməkdir.

Yerli xammalın emal payı artırılacaq
Bakı Qida və Yağ Fabrikinin direktoru Şahəddin İbrahimov bildirib ki, yerli xammal bazasının gücləndirilməsi şirkətin strateji prioritetlərindən biridir.
Onun sözlərinə görə, yerli günəbaxandan istifadənin genişləndirilməsi logistika xərclərinin optimallaşdırılmasına, tədarük müddətinin qısaldılmasına və istehsal prosesinin davamlılığının təmin edilməsinə imkan verəcək.
“Məqsədimiz yerli xammalın emal payını ildən-ilə artırmaq, daxili istehsalı gücləndirmək və ölkəmizin ərzaq təhlükəsizliyinə töhfə verməkdir”, – deyə Şahəddin İbrahimov qeyd edib.
Bakı Qida və Yağ Fabriki yerli günəbaxanın qəbulu və emalı üçün müasir texnologiyalarla təchiz olunub. Müəssisədə xammalın keyfiyyətinə laboratoriya nəzarəti həyata keçirilir, istehsal prosesləri isə müasir avtomatlaşdırılmış sistemlər vasitəsilə idarə olunur.

“Əkin sahələri mərhələli şəkildə genişləndiriləcək”
“Azərsun Kənd Təsərrüfatı Məhsulları”nın müdiri Rüstəm Rüstəmov bildirib ki, cari mövsümdə Biləsuvar və Həkəri ərazilərində əkilən 229 hektar sahədə bitkilərin inkişafı qənaətbəxşdir.
“Əsas məqsədimiz yüksək məhsuldarlıq əldə etmək, növbəli əkin sisteminə uyğun sahələri genişləndirmək və dayanıqlı yerli xammal bazası formalaşdırmaqdır”, – deyə Rüstəm Rüstəmov bildirib.
Planlara əsasən, əkin sahələrinin genişləndirilməsi mərhələli şəkildə həyata keçiriləcək. Belə ki, 2027-ci ildə əkin sahələrinin 723 hektara, 2028-ci ildə 1 487 hektara, 2029-cu ildən etibarən isə təxminən 1 825 hektara çatdırılması nəzərdə tutulur.
Bununla yanaşı, suvarma infrastrukturunun genişləndirilməsi, torpaq ehtiyatlarının qiymətləndirilməsi və müasir aqrotexnologiyaların tətbiqi istiqamətində də işlər davam etdirilir.
“Müasir aqrotexnologiyalar tətbiq olunur”
Günəbaxan əkinlərində yüksək məhsuldarlığın təmin edilməsi məqsədilə torpağın hazırlanması, sertifikatlaşdırılmış toxumlardan istifadə, optimal müddətdə səpin, torpaq analizlərinə əsaslanan gübrələmə, müasir suvarma sistemlərinin tətbiqi, eləcə də bitkilərin xəstəlik və zərərvericilərdən qorunması kimi aqrotexniki tədbirlər həyata keçirilir.
Cari mövsümdə hər hektardan orta hesabla 25–30 sentner məhsuldarlıq əldə olunması gözlənilir. Məhsul yığımının mərhələli şəkildə həyata keçirilməsi və əldə olunan məhsulun operativ şəkildə emal müəssisəsinə çatdırılması planlaşdırılır.
“Yerli xammal bazasının genişləndirilməsi əsas prioritetlərdəndir”
"Azərsun Holdinq"in Baş İcraçı direktoru Savaş Uzan bildirib ki, şirkətin inkişaf strategiyasına uyğun olaraq yerli kənd təsərrüfatı məhsullarının istehsalının artırılması və strateji xammal bazasının genişləndirilməsi prioritetlərdəndir.
Günəbaxan istehsalının genişləndirilməsi ətraf bölgələrdə fəaliyyət göstərən fermerlərin bu sahəyə cəlb olunmasına, kənd təsərrüfatında istehsal imkanlarının artırılmasına və yerli emal sənayesinin xammalla daha dayanıqlı təminatına şərait yaradacaq.
“Azərsun Holdinq” qarşıdakı illərdə yerli günəbaxan istehsalının həcmini artırmağı, əkin sahələrini genişləndirməyi və bitki yağı istehsalında yerli xammalın payını mərhələli şəkildə yüksəltməyi hədəfləyir. Şirkət bu istiqamətdə həyata keçirdiyi layihələrlə Azərbaycanın ərzaq təhlükəsizliyinə və yerli kənd təsərrüfatının inkişafına töhfəsini davam etdirməyi planlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
19 saat sonra
Nağd kredit: Faiz 9,9%-dən başlayır, komissiya 0%, müddət 59 aydır ®
-
10 d. əvvəl
Qlobal investorlar və regionun aparıcı startapları “Baku ID 2026”da bir araya gələcək ®
-
-
22 d. əvvəl
“Unicapital” dövriyyəsini 3,6 dəfə, “İnvest-Az” isə 3 dəfə artırıb - Birja üzvlərinin yeni reytinqi
-
33 d. əvvəl
Bakı Fond Birjasında dövriyyə 15,2 milyard manat azalıb - 35%-LİK GERİLƏMƏ
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Balıqçılıqda ilk dəfə məhsul subsidiyası tətbiq olunacaq - Tonuna 600–2 000 manat subsidiya
- 1 saat əvvəl
-
1 saat əvvəl
Sərhədyanı ərazilərdə fermerlərə daha yüksək subsidiya veriləcək
-
2 saat əvvəl
Fermerlər əkin subsidiyasının 30 faizini avans şəklində ala biləcəklər
-
2 saat əvvəl
2026-2027-ci əkin mövsümündə sertifikatlı toxum istifadə etməyənlərə subsidiya 50% azaldılacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Nağd kredit: Faiz 9,9%-dən başlayır, komissiya 0%, müddət 59 aydır ®
Kəlbəcərdə 1 milyon unsiyalıq qızıl yatağında ilk partlayış
Balıqçılıqda ilk dəfə məhsul subsidiyası tətbiq olunacaq - Tonuna 600–2 000 manat subsidiya
Satılan hər 1000 ədəd süfrəlik yumurtaya 30 manat məhsul subsidiyası veriləcək - NAXÇIVANA XÜSUSİ DƏSTƏK
Sərhədyanı ərazilərdə fermerlərə daha yüksək subsidiya veriləcək
2026-2027-ci əkin mövsümündə sertifikatlı toxum istifadə etməyənlərə subsidiya 50% azaldılacaq
Pambıqda damcı suvarma tətbiqinə əlavə dəstək veriləcək
Bağçılıq subsidiyalarının şərtləri sadələşdirilir
Yeni ixracyönümlü bitkilərin becərilməsi dəstəklənəcək
İstixanalar üzrə yeni əkin subsidiyaları tətbiq olunacaq























