“Turkchem Azerbaijan 2027” sərgisi keçiriləcək
Türkiyə ilə Azərbaycan arasında kimya sənayesində ticarət əlaqələri güclənərkən, Artkim Group Avrasiyanın köklü kimya sərgilərindən biri olan “Turkchem” brendini Azərbaycana gətirir. Marja xəbər verir ki, “Turkchem Azerbaijan 2027” sərgisi 6–8 aprel tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək.
Azərbaycanın Türkiyədən kimya və kimyəvi məhsullar idxalı 2025-ci ildə 536,6 milyon dollara çatıb. 2026-cı ilin ilk altı ayında isə bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,3% artaraq 268,3 milyon dollar təşkil edib.
Azərbaycanın rəsmi investisiya və ixracın təşviqi qurumu AZPROMO-nun dəstəyi ilə keçiriləcək “Turkchem Azerbaijan” sərgisinin Türkiyə, Azərbaycan, Qafqaz və Mərkəzi Asiya arasında yeni ticarət, investisiya və texnologiya əməkdaşlıqlarının genişlənməsinə töhfə verməsi hədəflənir.
Güclü enerji infrastrukturu, inkişaf edən sənaye investisiyaları, xammal ehtiyatları və investisiya təşviqləri ilə seçilən Azərbaycan Türkiyə, Qafqaz, Xəzər hövzəsi və Mərkəzi Asiyanı əhatə edən təxminən 300 milyon nəfərlik bazara çıxış imkanı verən strateji mövqeyi ilə diqqət çəkir.
Sumqayıt Kimya Sənaye Parkında hazırda 39 investor fəaliyyət göstərir. Parka yatırılmış investisiyaların həcmi 5,5 milyard manatı ötüb. Burada 6 min 200-dən çox insan işlə təmin olunub, istehsal edilən məhsullar isə 70-dən artıq ölkəyə ixrac edilir.
Artkim Group-un təsisçisi və baş icraçı direktoru Ahmet Güler bildirib ki, “Turkchem”in beynəlxalq genişlənmə yolunda ilk addımının məhz Azərbaycanda atılması təsadüfi deyil.
“Türkiyə ilə güclü ticarət əlaqələri, inkişaf edən sənaye infrastrukturu, eləcə də Qafqaz və Mərkəzi Asiya bazarlarına çıxış baxımından strateji mövqeyi səbəbindən ‘Turkchem’in beynəlxalq böyümə yolunda ilk addımını Azərbaycanda atmağa qərar verdik. Bu istiqamətdə ‘Turkchem’in Türkiyədə formalaşdırdığı güclü ekosistemi indi Azərbaycana daşıyırıq”, – Ahmet Güler deyib.
Güler əlavə edib ki, “Turkchem Azerbaijan” vasitəsilə həm “Turkchem” brendinin beynəlxalq təsir dairəsini genişləndirmək, həm də Türkiyənin kimya sənayesini yeni bazarlara çıxarmaq planlaşdırılır.
Müştərilərin xəbərləri
Noutbuk 400 manat, qəhvə maşını 550 manat, paltaryuyan 480 manat, planşet 160 manat ucuzlaşdı – ENDİRİM BAŞLADI ®
Holcim Azərbaycan “BakuBuild” sərgisində qabaqcıl dayanıqlı həllərini və ekoloji məhsul portfelini təqdim edir ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
7 saat sonra
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
- 26 d. əvvəl
-
-
21 saat əvvəl
Fransada lüks mağazalara hücumlar – Vitrinlər sındırılıb, bahalı mallar aparılıb
- 1 gün əvvəl
-
2 gün əvvəl
Süd vəzi xərçənginə dəstək məqsədilə “GüclüSən” sığorta məhsulu təqdim olunub
-
2 gün əvvəl
“Chicken Pro”ya məxsus “Səba” mağazaları fəaliyyətini müvəqqəti dayandırıb – SƏBƏBİ AÇIQLANIB
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycanın 15 milyon manatlıq istiqrazlarının II tranşına abunə başladı ®
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qarabağ və Şərqi Zəngəzərə daha 13,2 MİLYARD MANAT ayrılacaq
-
2 gün əvvəl
Neft Fondu 9 ayda neft-qaz satışından 8 milyard manata yaxın gəlir əldə edib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
Ziraat Bank Azərbaycanın 15 milyon manatlıq istiqrazlarının II tranşına abunə başladı ®
Gömrükdən yükün maneəsiz keçirilməsi üçün pul almaqda ittiham olunan şəxs məhkəmə qarşısına çıxarılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Qarabağ və Şərqi Zəngəzərə daha 13,2 MİLYARD MANAT ayrılacaq
"SOCAR və BP Üstyurtda altı blokda geoloji-kəşfiyyat işləri aparır"
Noutbuk 400 manat, qəhvə maşını 550 manat, paltaryuyan 480 manat, planşet 160 manat ucuzlaşdı – ENDİRİM BAŞLADI ®

























