İnvestorlara 15% gəlir təklif olunur - 1 milyon manatlıq istiqrazlar
“GL” ASC-nin 1 milyon manat həcmində istiqrazlarının Bakı Fond Birjasında (BFB) yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Marja.az xəbər verir ki, Bakı Fond Birjasının Listinq Komitəsinin 7 avqust 2026-cı il tarixli qərarı ilə şirkətin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarət İcazəsi” verilib.
İstiqrazların yerləşdirilməsi üzrə hərrac 21 avqust 2026-cı il tarixində Bakı Fond Birjasında keçiriləcək.
Emissiya çərçivəsində hər birinin ilkin ticarət qiyməti 100 manat olan 10 min ədəd istiqraz təklif ediləcək. Beləliklə, istiqraz buraxılışının ümumi həcmi 1 milyon manat təşkil edir.
İstiqrazlar faizli, təminatsız, sənədsiz və adlı qiymətli kağızlardır. Onların illik gəlirlilik faizi 15% müəyyən edilib.
Faiz ödənişləri hər ay bir dəfə, hər ayın 30 gün olduğu qəbul edilməklə həyata keçiriləcək. Bu şərtlərlə hər 100 manat nominal dəyərində istiqraz üzrə illik faiz gəliri 15 manat, aylıq faiz ödənişi isə təxminən 1,25 manat təşkil edir.
Buraxılışın hamısı yerləşdirilərsə, emitentin investorlar qarşısında illik faiz ödənişlərinin ümumi məbləği təxminən 150 min manat, aylıq faiz ödənişi isə 12,5 min manat olacaq.
İstiqrazların tədavül müddəti 7 ildir.
Qiymətli kağızların yerləşdirilməsi kütləvi, birqiymətli hərrac üsulu ilə həyata keçiriləcək.
Buraxılışın anderrayteri “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazların dövlət qeydiyyat nömrəsi – ISIN kodu AZ2043020281-dir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
27 d. əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
57 d. əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 59 d. əvvəl
-
1 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti




























