Bakıda süni intellekt hesablama platforması tikiləcək - İlkin gücü 1 GVt olacaq
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində “CITIC Group” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilibRəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov Çinin ən iri dövlət şirkətlərindən biri olan “CITIC Group”un vitse-prezidenti Benjamin Baonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Marja xəbər verir ki, görüşdə Bakıda həyata keçirilməsi nəzərdə tutulan süni intellekt hesablama platforması layihəsi üzrə əməkdaşlıq imkanları müzakirə olunub.
Mərhələli şəkildə həyata keçirilməsi və ilkin gücünün 1 GVt-a qədər olması nəzərdə tutulan platforma ilə bağlı “CITIC Group”un potensial tərəfdaş, o cümlədən maliyyələşdirmə və tikinti-quraşdırma işlərinin icrasında iştirakçı qismində cəlb olunması məsələsi müzakirə mövzularından biri olub.
Həmçinin “AZCON Holdinq”in nəqliyyat, rabitə və Milli Süni İntellekt Mərkəzi üzrə layihələri çərçivəsində “CITIC Group”la əməkdaşlıq imkanları müzakirə olunub.
Görüş Bakıda rəqəmsal iqtisadiyyatın inkişafı və beynəlxalq strateji tərəfdaşlıqların genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin davamıdır.
“CITIC Group” bank, qeyri-bank maliyyə xidmətləri, sənaye istehsalı, qabaqcıl materiallar və yeni tipli şəhərsalma olmaqla beş əsas biznes istiqaməti üzrə fəaliyyət göstərir. Şirkətin ümumi aktivləri təxminən 1,5 trilyon ABŞ dolları təşkil edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
26 d. əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
56 d. əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 58 d. əvvəl
-
1 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti

























