BOKT “International” 15%-lik istiqrazlar ilə 1 milyon manat cəlb edəcək
BOKT “International” ASC-nin 1 milyon manat həcmində istiqrazlarının Bakı Fond Birjasında (BFB) ticarətə buraxılmasına icazə verilib.
Marja.az xəbər verir ki, Bakı Fond Birjasının Listinq Komitəsinin 14 avqust 2026-cı il tarixli qərarı ilə BOKT “International” ASC-nin istiqrazlarına “Ticarət İcazəsi” verilib.
İstiqrazların Bakı Fond Birjasında ticarətə buraxılma tarixi 19 avqust 2026-cı il müəyyən edilib.
Emissiya çərçivəsində hər birinin ilkin ticarət qiyməti 100 manat olan 10 min ədəd istiqraz buraxılacaq. Beləliklə, istiqraz buraxılışının ümumi həcmi 1 milyon manat təşkil edir.
İstiqrazlar faizli, təmin edilməmiş, sənədsiz və adlı qiymətli kağızlardır. Onların illik gəlirlilik faizi 15% müəyyən olunub.
İstiqrazlar üzrə hesablanmış faizlər buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir investorlara ödəniləcək.
Bu şərtlərlə hər 100 manat nominal dəyərində istiqraz üzrə illik faiz gəliri 15 manat, hər 30 gün üzrə faiz ödənişi isə təxminən 1,25 manat təşkil edir.
Buraxılışın tam yerləşdirilməsi halında BOKT “International”ın investorlar qarşısında illik faiz ödənişlərinin ümumi məbləği təxminən 150 min manat olacaq. İstiqrazların 24 aylıq tədavül müddəti nəzərə alındıqda, əsas borc istisna olmaqla, bütün dövr üzrə faiz ödənişlərinin ümumi məbləği təxminən 300 min manata çata bilər.
İstiqrazların tədavül müddəti 24 aydır.
Qiymətli kağızların yerləşdirilməsi kütləvi və rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək.
Emissiyanın anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazların dövlət qeydiyyat nömrəsi – ISIN kodu AZ2056021028-dir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
26 d. əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
56 d. əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 58 d. əvvəl
-
1 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti



























