Turizmdə 12 milyard manatlıq hədəf
Azərbaycana gələn turistlərin sayı 3,8 milyona çatdırılacaq. Xarici turistlərin Azərbaycanda xərclədiyi vəsaitin 2025-ci ildəki 3,3 milyard manatdan 2030-cu ildə 6,3 milyard manata yüksələcəyi proqnozlaşdırılır. Turizm gəlirlərində böyük sıçrayış planı - Azərbaycan 2030-cu ilədək turizmdə yeni rekorda hazırlaşırAzərbaycan 2030-cu ilədək turizmdən daxilolmaları iki dəfə artırmağı hədəfləyir
Azərbaycanın 2026–2030-cu illər üzrə turizm strategiyasının əsas iqtisadi hədəfləri açıqlanıb.
Marja.az xəbər verir ki, Dövlət Proqramına əsasən, turizm sektoru qeyri-neft-qaz iqtisadiyyatının şaxələndirilməsi, regionlarda məşğulluğun genişləndirilməsi və ölkəyə xarici valyuta daxilolmalarının artırılması baxımından əsas inkişaf istiqamətlərindən biri olacaq.
Proqramda turizm üçün xarakterik sahələrdə yaradılan əlavə dəyərin 2025-ci ildəki 6 milyard 962,8 milyon manatdan 2030-cu ildə 12 milyard 170,9 milyon manata çatdırılması proqnozlaşdırılır. Bu, proqram dövründə real ifadədə təxminən 40% artım deməkdir.
Turistlərin yerləşdirilməsi və ictimai iaşə fəaliyyəti üzrə əlavə dəyərin isə 3 milyard 573 milyon manatdan 6 milyard 189,3 milyon manata yüksəlməsi nəzərdə tutulur. Bu seqment üzrə orta illik real artımın 7,2% təşkil edəcəyi gözlənilir.
Turizm üçün xarakterik sahələrin qeyri-neft-qaz ÜDM-indəki payının 7,5%-dən 8,6%-ə, muzdlu əmək bazarındakı payının isə 4,8%-dən 5,7%-ə çatdırılması hədəflənir.
Xarici turistlərin Azərbaycanda xərclədiyi vəsaitin 2025-ci ildəki 3,3 milyard manatdan 2030-cu ildə 6,3 milyard manata yüksələcəyi proqnozlaşdırılır. Beləliklə, turizm üzrə daxilolmaların təxminən iki dəfə artması nəzərdə tutulur.
Azərbaycana səfər edən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayının 2 milyon 570,2 min nəfərdən 3 milyon 798,8 min nəfərə, daxili turistlərin sayının isə 5 milyon 862,2 min nəfərdən 7 milyon 367,6 min nəfərə çatdırılması planlaşdırılır. Mehmanxanalarda gecələmələrin sayı 4 milyon 569,5 min gecədən 6 milyon 321,2 min gecəyədək artırılmalıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 həftə sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
40 d. əvvəl
Bank of Baku fərdiləşdirilmiş müştəri əlaqələrinin inkişafı üçün Netmera-nı seçdi ®
-
-
42 d. əvvəl
Dövlət Neft Fondunun 25 ildən çox müddətdə əldə etdiyi gəlirlər açıqlandı
-
1 saat əvvəl
Neft Fondunun investisiya gəlirləri son 5 ilin rekorduna çatıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı Avropa ölkəsinin mərkəzi bankı ilə razılığa gəldi
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
ABB Beynəlxalq Risk Forumu keçirib
Şəkər ixracı 140%-dən çox artıb
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
Azərbaycanın fındıq ixracı dəyər ifadəsində 16% artıb
“Prior Lizinq” Balakəndə yeni filial açıb
16%-lik istiqrazlara böyük maraq – 208 investor iştirak etdi
Pomidor ixracı: 9 ayda 15 milyon dollarlıq artım
Təbii qaz ixracı: 9 ayda 249,87 milyon ABŞ dolları azalma
Azərbaycandan neft məhsullarının ixracı ixracı dəyər ifadəsində 2 dəfədən çox artıb

























