Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Xpeng-in satış problemi böyüyür, səhmləri 9%-dən çox ucuzlaşıb - Şirkət 200 milyon dollar xalis zərər və zəif satışı proqnozu açıqlayıb

Xpeng investorları məyus edib. Çinli avtomobil nəhənginin səhmləri 9% dəyər itirib. Əsas səbəb zəif satış proqnozudur.
AzVak-mobil_resmin_ustu_31
Xpeng-in satış problemi böyüyür, səhmləri 9%-dən çox ucuzlaşıb  - Şirkət 200 milyon dollar xalis zərər və zəif satışı proqnozu açıqlayıb

Çinin elektrik avtomobili istehsalçısı Xpeng-in səhmləri şirkətin robototexnika bölməsinin maliyyələşdirmə raundunda 6,3 milyard dollardan çox qiymətləndirilməsinə baxmayaraq, üçüncü rüb üzrə avtomobil satışı (tədarükü) proqnozunun gözləntilərdən zəif açıqlanmasından sonra çərşənbə axşamı Honq Konq birjasında 9%-dən çox ucuzlaşıb.

Marja xəbər verir ki, Xpeng-in ABŞ birjasında listinqdə olan səhmləri isə bazar ertəsi ticarət sessiyasını 8,5% azalma ilə başa vurub.

Şirkət 2026-cı ilin ikinci rübü üzrə 1,34 milyard yuan (təxminən 200 milyon dollar) xalis zərər açıqlayıb. Xpeng-in zərəri ötən ilin eyni dövrü ilə müqayisədə artıb. Bununla yanaşı, şirkətin gəlirləri 8% yüksələrək 19,74 milyard yuana çatıb.

Xpeng üçüncü rübdə 115 min–121 min ədəd civarında avtomobil tədarük etməyi proqnozlaşdırır.

Citi-nin qiymətləndirməsinə görə, şirkətin açıqladığı tədarük proqnozu investorların gözləntilərindən aşağı olub. Bank bunu əsasən təchizat zəncirindəki məhdudiyyətlərin Xpeng-in MONA L03 modelinin istehsal həcminin artırılmasına mane olması ilə əlaqələndirib.

Citi maliyyə nəticələrinin açıqlanmasından sonra Xpeng-in həm ABŞ, həm də Honq Konq birjalarında listinqdə olan səhmləri üzrə hədəf qiymətlərini bir qədər aşağı salıb.

Xpeng-in robot biznesi 6,3 milyard dollardan çox qiymətləndirilib

Digər tərəfdən, Xpeng-in robototexnika biznesi ilk maliyyələşdirmə raundunda 900 milyon dollardan çox vəsait cəlb edib. Əməliyyatdan sonra bölmənin qiymətləndirilməsi 6,3 milyard dolları ötüb.

Maliyyələşdirmə raunduna IDG Capital rəhbərlik edib. Gaorong Ventures də raundda iştirak edib, Tencent və Alibaba isə strateji investorlar qismində layihəni dəstəkləyiblər.

Xpeng-in sədr müavini və həmprezidenti Brian Gu LinkedIn paylaşımında bildirib ki, şirkətin məqsədi qabaqcıl humanoid robotların “qlobal kütləvi istehsalı və kommersiya tətbiqində yeni mərhələyə” keçidi təmin etməkdir.

Xpeng-in avtomobil və robot bizneslərinin dəyəri bir-birinə yaxınlaşır

Citi hesab edir ki, əgər Xpeng-in hazırkı bazar qiymətləndirilməsi robototexnika bölməsinin maliyyələşdirmədən sonrakı dəyərini tam əks etdirirsə, şirkətin əsas elektrik avtomobili biznesinin nəzəri dəyəri təxminən 6,5 milyard dollar təşkil edir.

Bu isə o deməkdir ki, Xpeng-in uzun illərdir fəaliyyət göstərən elektrik avtomobili biznesinin qiymətləndirilməsi hələ ilkin inkişaf mərhələsində olan robototexnika biznesinin 6,3 milyard dollarlıq dəyərinə çox yaxındır.

Citi robototexnika bölməsinin maliyyələşdirilməsini Xpeng üçün uzunmüddətli müsbət amil hesab edir. Bankın fikrincə, şirkət alqoritmlər, süni intellekt modelləri və çiplər sahəsində mövcud imkanlarını humanoid robotların hazırlanmasında da istifadə edə bilər.

Xpeng-in baş direktoru He Xiaopeng 2025-ci ilin noyabrında bildirmişdi ki, qarşıdakı 10 il ərzində şirkət avtomobildən daha çox robot sata bilər.

Quançjouda yerləşən şirkət həmin dövrdə ikinci nəsil humanoid robotunu təqdim edib. Xpeng eyni zamanda uçan nəqliyyat vasitələri üzrə ayrıca biznes istiqaməti də yaradıb.

Xpeng ötən il daha münasib qiymətli kütləvi bazar brendi Mona hesabına bazar payını bərpa etsə də, Çinin elektrik avtomobili bazarında müşahidə olunan ümumi zəifləmə fonunda satış tempini qorumaqda çətinlik çəkir.

İş elanları AzVak.az-da

Xpeng Xpeng səhmləri XPEV Çin elektrik avtomobilləri Xpeng maliyyə nəticələri Xpeng zərəri Xpeng gəlirləri Xpeng avtomobil satışları Xpeng tədarük proqnozu MONA L03 Xpeng robototexnika humanoid robot Xpeng robotları Xpeng robot biznesi IDG Capital Gaorong Ventures Tencent Alibaba Citi Brian Gu He Xiaopeng Çin EV bazarı elektrik avtomobili bazarı süni intellekt AI çipləri robot investisiyaları Xpeng uçan avtomobil robototexnika investisiyaları Honq Konq birjası ABŞ birjası Çin avtomobil bazarı
25.08.2026 08:56
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19