Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bank Respublika və “Sabah” – uğura aparan uzunmüddətli tərəfdaşlıq

İllərin tərəfdaşlığı bəhrəsini verdi – “Sabah” Çempionlar Liqasında. “Sabah” 5:2 hesabı ilə tarix yazdı – "Bank Respublika" klubun yanında ilk dövrlərdən olub.
AzVak-mobil_resmin_ustu_31
Bank Respublika və “Sabah” – uğura aparan uzunmüddətli tərəfdaşlıq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

25 avqust Azərbaycan futbolu üçün tarixi gün oldu. “Sabah” Futbol Klubu ilk dəfə iştirak etdiyi UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanaraq böyük uğura imza atıb. Pley-off mərhələsinin həlledici qarşılaşmasında İsrailin “Hapoel Beer-Şeva” komandasını 5:2 hesabı ilə məğlub edən “Sabah” Azərbaycan futbolu üçün əlamətdar nəticə əldə edib.

Bu qələbə münasibətilə “Sabah”ın baş sponsoru "Bank Respublika" ASC məlumat yayıb. Məlumatda bildirilir:

"Bu uğurun diqqətçəkən tərəflərindən biri klubun keçdiyi inkişaf yolu və bu yolun başlanğıcından etibarən ona göstərilən dəstəkdir. "Bank Respublika" “Sabah”ın yarandığı ilk dövrlərdən gənc klubun yanında olub və illər ərzində bu əməkdaşlığı davam etdirib.

Bu, "Bank Respublika"nın biznesdə tətbiq etdiyi yanaşmanın idmanda da davamıdır: potensiala inanmaq, inkişaf üçün uzunmüddətli dəstək vermək və nəticəyə gedən yolda tərəfdaşının yanında olmaq.

“Sabah”ın keçdiyi yol bunun bariz nümunəsidir. Bir vaxtlar böyük hədəflərlə yola çıxan gənc klub bu gün Avropanın ən nüfuzlu klub turnirinin əsas mərhələsində Azərbaycanı təmsil edəcək. Bu nəticə göstərir ki, idmana sponsorluq yalnız loqonun formada və ya stadionda görünməsi deyil. Sistemli və ardıcıl dəstək düzgün strategiya və əzmkarlıqla birləşdikdə real uğura çevrilir.

Ümid edək ki, "Bank Respublika"nın bu yanaşması digər Azərbaycan şirkətləri üçün də nümunə olacaq və özəl sektor ölkə idmanına, perspektivli komanda və idmançılara daha fəal və uzunmüddətli dəstək verəcək.

“Sabah”a Çempionlar Liqasının əsas mərhələsində uğurlar, Azərbaycan idmanına isə yeni qələbələr arzulayırıq!"

Bank Respublika Sabah FK Sabah Futbol Klubu UEFA Çempionlar Liqası Sabah Çempionlar Liqası Bank Respublika Sabah Sabah sponsor Bank Respublika sponsorluq Hapoel Beer-Şeva Sabah Hapoel Beer-Şeva Azərbaycan futbolu Çempionlar Liqası 2026 Azərbaycan klubları futbol sponsorluğu idmana investisiya özəl sektor və idman Bank Respublika idman Sabah tarixi uğur Sabah 5:2 UEFA Champions League Azərbaycan futbol klubları idmana uzunmüddətli dəstək
26.08.2026 17:20
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19