Azərbaycanın qeyri-neft sektoru 7 ayda 2,5 milyard dollarlıq ixraca nail olub
Qızıl 1-ci, pomidor 2-ci, mis filizləri və konsentratları 3-cü yeri tutub. Qeyri-neft ixracında 18%-dən çox artım – Rusiya əsas bazar olaraq qalırİqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac icmalı”nın 2026-cı il üzrə avqust sayını təqdim edib.
Marja.az xəbər verir ki, İcmala əsasən, 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 18,3% artaraq 2,5 milyard ABŞ dolları təşkil edib.
Cari ilin iyul ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,8 faiz artaraq 384,8 milyon ABŞ dolları təşkil edib. Bu dövr ərzində yeyinti məhsulları üzrə ixrac 123 milyon ABŞ dollarına bərabər olub. Qeyri-yeyinti məhsullarının ixracı isə 26 faiz artaraq 261,8 milyon ABŞ dollarına bərabər olub.
Cari ilin yanvar-iyul aylarında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 2,6 dəfə, pambıq ipliyi 81,9%, bitki və heyvan mənşəli piylər və yağlar 39,5%, alüminium və ondan hazırlanan məmulatlar 39,4%, pambıq lifi 24,9 %, qara metallar və onlardan hazırlanan məmulatlar 23,3%, çay 19,5%, meyvə-tərəvəz 16,4%, spirtli və spirtsiz içkilər isə 3,0% artıb.
2026-cı ilin yanvar-iyul aylarında aqrar məhsullar üzrə ixrac 22,1% artaraq 673,4 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac 24,8% artaraq 223,1 milyon ABŞ dolları təşkil edib. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 22,8% artaraq 896,4 milyon ABŞ dollarına bərabər olub.
Qeyd olunan dövrdə (qeyri-monetar qızıl istisna olmaqla) ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (239,4 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda tomat (172 milyon ABŞ dolları) ikinci, mis filizləri və konsentratları (152 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
2026-cı ilin iyul ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında şaftalı, nektarinlər daxil olmaqla (46,8 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda qızıl (37,2 milyon ABŞ dolları) ikinci, polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər məhsullar (28,7 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
2026-cı ilin yanvar-iyul aylarında (qeyri-monetar qızıl istisna olmaqla) Rusiya Federasiyasına 731,7 milyon ABŞ dolları, Türkiyəyə 390,6 milyon ABŞ dolları, Gürcüstana 328,1 milyon ABŞ dolları, İsveçrəyə 251,6 milyon ABŞ dolları, Ukraynaya isə 85 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2026-cı ilin iyul ayında Rusiya Federasiyasına 135,5 milyon ABŞ dolları, Gürcüstana 48,3 milyon ABŞ dolları, Türkiyəyə 39,8 milyon ABŞ dolları, İsveçrəyə 37,7 milyon ABŞ dolları, İspaniyaya isə 19,6 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 həftə sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
1 saat sonra
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
-
- 12 d. əvvəl
- 15 d. əvvəl
-
19 d. əvvəl
Azərbaycandan neft məhsullarının ixracı ixracı dəyər ifadəsində 2 dəfədən çox artıb
- 36 d. əvvəl
-
45 d. əvvəl
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
-
1 saat əvvəl
Mərkəzi Bank yoxladı, məhkəmə cərimələdi – Valyuta mübadiləsi şirkətində pozuntu
-
2 saat əvvəl
"Bir Kredit BOKT" 2 milyon manatlıq istiqrazlarını yerləşdirib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycana Rusiyadan idxal 1 milyard dollar azalıb – Çin liderliyini gücləndirib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
Pomidor ixracı: 9 ayda 15 milyon dollarlıq artım
Azərbaycandan neft məhsullarının ixracı ixracı dəyər ifadəsində 2 dəfədən çox artıb
"Bir Kredit BOKT" 2 milyon manatlıq istiqrazlarını yerləşdirib
Oktyabrın 20-də gözlənilən hava şəraiti
Azərbaycanın idxalı 3,4 milyard dollar azalıb, amma ərzaq və avadanlıq idxalı artıb
Azərbaycan xaricdən ərzaq alışını artırıb – 9 ayda 187 milyon dollarlıq artaraq 2 milyard dolları keçib
Buğda idxalı 1 milyon tonu ötüb


























