FAB şirkətlər qrupu İraqda: Yeni ixrac bazarlarına doğru
FAB Şirkətlər Qrupu 27–30 avqust 2026-cı il tarixlərində İraqda keçirilən Erbil Build Expo 2026 sərgisində iştirak edir.
Sərgidə FAB brendinin boya məhsulları, quru inşaat qarışıqları, polimer və digər tikinti-təmir məhsullarından ibarət geniş məhsul portfeli beynəlxalq auditoriyaya təqdim olunur.
Erbil Build Expo 2026 çərçivəsində şirkət nümayəndələrinin müxtəlif ölkələrdən olan biznes tərəfdaşları, distribyutorlar, tikinti şirkətləri, layihə rəhbərləri və sektor nümayəndələri ilə görüşlər keçirməsi, mümkün əməkdaşlıq istiqamətlərini müzakirə etməsi nəzərdə tutulub.
Bu sərgi şirkət üçün məhsulların xarici bazarlarda tanıdılması ilə yanaşı, İraq və region ölkələrindən olan potensial tərəfdaşlarla birbaşa biznes əlaqələrinin qurulması baxımından mühüm əhəmiyyət daşıyır.
FAB Şirkətlər Qrupu beynəlxalq sərgilərdə iştirakını bundan sonra da davam etdirəcək. Şirkət ixrac coğrafiyasının genişləndirilməsini, yeni bazarlara çıxış imkanlarının artırılmasını və Azərbaycan sənayesinin rəqabətqabiliyyətli məhsullarının beynəlxalq arenada daha geniş tanıdılmasını əsas prioritetlərdən biri kimi qarşıya qoyub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 həftə sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
1 saat sonra
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
-
- 15 d. əvvəl
-
24 d. əvvəl
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
-
1 saat əvvəl
Mərkəzi Bank yoxladı, məhkəmə cərimələdi – Valyuta mübadiləsi şirkətində pozuntu
-
2 saat əvvəl
"Bir Kredit BOKT" 2 milyon manatlıq istiqrazlarını yerləşdirib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycana Rusiyadan idxal 1 milyard dollar azalıb – Çin liderliyini gücləndirib
-
2 saat əvvəl
Azərbaycanın idxalı 3,4 milyard dollar azalıb, amma ərzaq və avadanlıq idxalı artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
Bakıda 6 mağazası olan şirkət Gəncə bazarına daxil olur
Oktyabrın 20-də gözlənilən hava şəraiti
Azərbaycanın idxalı 3,4 milyard dollar azalıb, amma ərzaq və avadanlıq idxalı artıb
Azərbaycan xaricdən ərzaq alışını artırıb – 9 ayda 187 milyon dollarlıq artaraq 2 milyard dolları keçib
Buğda idxalı 1 milyon tonu ötüb
ABB-dən "Uşaq yığım" əmanəti ®


























