Dövlət Agentliyinin sədrinə müavin təyin edilib
Qənirə Paşayevanın qardaşı yeni vəzifəyə təyin edildiDövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinə sədr müavini təyin edilib.
Məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin imzaladığı Əmrlə bu vəzifəyə Paşayev Hüseyn Ələsgər oğlu gətirilib.
Yeni sədr müavini təyin edilən Hüseyn Paşayev mərhum deputat Qənirə Paşayevanın qardaşıdır.
H.Paşayev bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının direktoru idi.
Qeyd edək ki, Qənirə Paşayeva 2023-cü ilin sentyabrın 23-ü səhhətində yaranmış ciddi problemlərlə əlaqədar Mərkəzi Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Q.Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən bütün zəruri tədbirlər görülüb. O, sentyabrın 28-i 48 yaşında vəfat edib və bir gün sonra İkinci Fəxri xiyabanda dəfn olunub.

© “Unikal”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 həftə sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
1 saat sonra
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
-
- 14 d. əvvəl
-
23 d. əvvəl
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
-
1 saat əvvəl
Mərkəzi Bank yoxladı, məhkəmə cərimələdi – Valyuta mübadiləsi şirkətində pozuntu
-
1 saat əvvəl
"Bir Kredit BOKT" 2 milyon manatlıq istiqrazlarını yerləşdirib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycana Rusiyadan idxal 1 milyard dollar azalıb – Çin liderliyini gücləndirib
-
2 saat əvvəl
Azərbaycanın idxalı 3,4 milyard dollar azalıb, amma ərzaq və avadanlıq idxalı artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
Bakıda 6 mağazası olan şirkət Gəncə bazarına daxil olur
Oktyabrın 20-də gözlənilən hava şəraiti
Azərbaycanın idxalı 3,4 milyard dollar azalıb, amma ərzaq və avadanlıq idxalı artıb
Azərbaycan xaricdən ərzaq alışını artırıb – 9 ayda 187 milyon dollarlıq artaraq 2 milyard dolları keçib
Buğda idxalı 1 milyon tonu ötüb
ABB-dən "Uşaq yığım" əmanəti ®


























