Xalq Bankdan daşınmaz əmlak girovu ilə kredit üzrə sərfəli kampaniya ®
Xalq Bank müştərilərin iri məbləğdə maliyyə ehtiyaclarını daha əlverişli şərtlərlə qarşılamaq məqsədilə daşınmaz əmlakın girovu ilə təqdim olunan kreditlər üzrə xüsusi kampaniyaya start verib.
30 dekabr 2026-cı il tarixədək davam edən kampaniya çərçivəsində müştərilər 200 000 AZN-dək şəxsi istifadə məqsədli istehlak kreditini daşınmaz əmlak girovu ilə 59 ayadək müddətə və illik 12 %-lə, kreditin təyinatı daşınmaz əmlakın alınması olduqda isə daha uzun müddətə - 72 ayadək və illik 12 %-dən başlayan faiz dərəcəsi ilə əldə edə bilərlər.
Xatırladaq ki, Xalq Bankda daha əvvəl start verilmiş və daşınmaz əmlak əldə edilməsi üçün daha uzun müddətli maliyyələşmədən yararlanmaq imkanı təqdim edən daxili ipoteka krediti üzrə kampaniya da davam edir.
Beləliklə, müştərilər maliyyə ehtiyaclarının həcminə və məqsədinə uyğun olaraq həm yüksək kredit məbləği, həm də daha uzun müddətli və sərfəli faiz dərəcəsi ilə ödəniş imkanı əldə edə bilirlər.
Kampaniyadan yararlanmaq üçün müştərilər Xalq Bankın ölkə üzrə 31 filialdan ibarət xidmət şəbəkəsinə müraciət edə bilərlər.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.
Müştərilərin xəbərləri
Kapital bazarında yeni rekord: “Prior Leasing” istiqrazlarına tələb təklifi 2 dəfədən çox üstələyib ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
5 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 2 gün sonra
-
9 saat əvvəl
Plan-ölçü sənədi olan vətəndaşlara şad xəbər – Torpaqlar rəsmiləşdirilə biləcək
-
9 saat əvvəl
Expressbank “REGİONAL EXPO GƏNCƏ 2026” sərgisində iştirak edib ®
-
9 saat əvvəl
"AzTelco Group" fəaliyyətini "NaVis Group" adı ilə davam etdirəcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Aylıq 445 manatdan –Daha 90 tam təmirli mənzil kirayə mexanizmi ilə təklif olunur
-
11 saat əvvəl
Baku Steel Company Azərbaycan–İtaliya Biznes Forumunda iştirak edib
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Expressbank “REGİONAL EXPO GƏNCƏ 2026” sərgisində iştirak edib ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Baku Steel Company Azərbaycan–İtaliya Biznes Forumunda iştirak edib
İri şəbəkə Buzovnada mağaza açır
SOCAR Çin şirkəti ilə neft-kimya və istehsalın modernləşdirilməsi sahəsində əməkdaşlığı müzakirə edib
Əczaçılıq sektorunda 41 milyard dollarlıq sövdələşmə
Kapital bazarında yeni rekord: “Prior Leasing” istiqrazlarına tələb təklifi 2 dəfədən çox üstələyib ®






















