"JET Group" Azərbaycanda borclanmağa hazırlaşır - “B” kredit reytinqi əldə edib
Bakı Fond Birjası (BFB) ilə Listinq Məsləhət Proqramı çərçivəsində əməkdaşlıq edən JET Group Ltd.-nin Azərbaycan kapital bazarına çıxışı istiqamətində hazırlıq işləri davam etdirilir.
Marja xəbər verir ki, bu proses çərçivəsində JET Group Ltd. beynəlxalq reytinq agentliyi Fitch Ratings tərəfindən “B” səviyyəsində Emitentin Uzunmüddətli Defolt Reytinqi (Long-Term Issuer Default Rating – IDR) ilə qiymətləndirilib. Reytinq üzrə proqnoz “Sabit” (Stable) olaraq müəyyən edilib. Şirkətin məlumatına əsasən, JET Group Ltd. beynəlxalq kredit reytinqi əldə edən ilk mikromobillik (kick-sharing) şirkətidir.
Şirkətin maliyyə göstəricilərinə əsasən, 2024–2025-ci illər ərzində gəlirlər 5 dəfə artıb. 2026-cı ilin I rübünün sonuna faiz ödənişlərini qarşılama qabiliyyətini əks etdirən göstərici 14 dəfə təşkil edib.
JET Group Ltd. Mərkəzi Asiya və Latın Amerikası da daxil olmaqla bir sıra inkişaf etməkdə olan bazarlarda fəaliyyət göstərir. Şirkət 2025-ci ildə Çili, 2026-cı ildə isə Meksika bazarlarına daxil olmaqla beynəlxalq fəaliyyət coğrafiyasını genişləndirib.
Şirkətin Azərbaycan kapital bazarına çıxışı çərçivəsində istiqraz emissiyasının təminatının yerli bank tərəfindən təqdim edilməsi nəzərdə tutulur. Xatırladaq ki, şirkət xarici hüquqi şəxs olduğundan, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən, ölkə ərazisində istiqraz emissiyasının həyata keçirilməsi üçün təmin edilmiş istiqraz buraxılışı tələb olunur.
Hazırda istiqraz emissiyasının təminatı ilə bağlı yerli banklarla görüşlər və müzakirələr davam etdirilir. JET Group Ltd.-nin beynəlxalq kredit reytinqi əldə etməsi şirkətin potensial istiqraz emissiyasının hazırlanması prosesində nəzərə alınan amillərdən biri kimi çıxış edir.
Bakı Fond Birjası Listinq Məsləhət Proqramı çərçivəsində şirkətlərin kapital bazarına çıxışa hazırlıq prosesinin dəstəklənməsi və emissiya imkanlarının qiymətləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 həftə sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
2 saat sonra
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
-
-
48 d. əvvəl
Mərkəzi Bank yoxladı, məhkəmə cərimələdi – Valyuta mübadiləsi şirkətində pozuntu
-
1 saat əvvəl
"Bir Kredit BOKT" 2 milyon manatlıq istiqrazlarını yerləşdirib
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycana Rusiyadan idxal 1 milyard dollar azalıb – Çin liderliyini gücləndirib
-
2 saat əvvəl
Azərbaycanın idxalı 3,4 milyard dollar azalıb, amma ərzaq və avadanlıq idxalı artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qızıl xaric, Azərbaycanın qeyri-neft ixracında artım cəmi 8,3% təşkil edib
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
Oktyabrın 20-də gözlənilən hava şəraiti
Azərbaycanın idxalı 3,4 milyard dollar azalıb, amma ərzaq və avadanlıq idxalı artıb
Azərbaycan xaricdən ərzaq alışını artırıb – 9 ayda 187 milyon dollarlıq artaraq 2 milyard dolları keçib
Buğda idxalı 1 milyon tonu ötüb
ABB-dən "Uşaq yığım" əmanəti ®
Azərbaycanda səhiyyə sistemində böyük dəyişiklik – TƏBİB Səhiyyə Nazirliyinə verildi, nazir dəyişdi
Azərbaycana avtomobil idxalında böyük geriləmə – Hibrid və elektromobillərin gətirilməsi çöküb


























