“Kəpəz BOKT” 15%-lə 1 milyon manat borc cəlb etdi
50 investor “Kəpəz BOKT”un istiqrazlarını alıb – 1 milyon manatlıq istiqrazlar tam yerləşdirilib.“KƏPƏZ BOKT” MMC-nin 1 milyon manat həcmində istiqrazlarının Bakı Fond Birjasında (BFB) yerləşdirilməsi başa çatıb.
Marja.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, AZ2015020806 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 1 sentyabr 2026-cı il tarixində yekunlaşıb.
Hərraca ümumi nominal dəyəri 1 milyon manat olan 10 min ədəd istiqraz çıxarılıb. Hər bir istiqrazın ilkin ticarət qiyməti və hərrac qiyməti 100 manat təşkil edib.
İstiqrazların illik gəlirlilik faizi 15% müəyyən olunub.
Hərrac zamanı investorlar tərəfindən ümumilikdə 1 milyon manatlıq 50 sifariş təqdim edilib. Sifarişlərin bütün həcmi təmin olunub və istiqrazların yerləşdirilmiş həcmi 1 milyon manat təşkil edib.
Beləliklə, emissiyaya tələb təklifin 100%-nə bərabər olub. Hərracda 50 investor iştirak edib.
İstiqrazların tədavül müddəti 24 aydır. Faiz ödənişlərinin ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər ay həyata keçirilməsi nəzərdə tutulur.
Qiymətli kağızlar faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlardır.
Emissiyanın anderrayteri “Troni İnvestisiya Şirkəti” QSC-dir.
Qeyd edək ki, Bakı Fond Birjasının Listinq Komitəsi 19 avqust 2026-cı il tarixində “KƏPƏZ BOKT” MMC-nin istiqrazlarının ticarətə buraxılması barədə qərar qəbul edib. İstiqrazlar BFB-nin Standart Bazar seqmentində listinqə alınıb.
15%-lik illik gəlirlilik nəzərə alındıqda, emissiyanın tam həcmi üzrə bir ildə hesablanan faiz məbləği təxminən 150 min manatdır. İstiqrazlar 24 aylıq olduğundan, şərtlər dəyişməz qaldığı halda, iki il ərzində investorlar üçün ümumi faiz ödənişləri təxminən 300 min manat təşkil edə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 4 gün sonra
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
- 1 gün əvvəl
-
1 gün əvvəl
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
Neft-qazdan külək və Günəş enerjisinədək – Azərbaycan və Vyetnam prezidentləri enerji əməkdaşlığını müzakirə ediblər
Ən çox oxunanlar
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
“AzerGold” da qiymətlərə endirim etdi - qızıl külçələr 10,49 faizədək, gümüş külçələr 44,17 faizədək ucuzlaşıb
Azərbaycan neftinin son qiyməti
Çipsi və qazlı içkilər üçün aksiz təklif olunur - İstehsalçılar verginin təxirə salınmasını istəyirlər
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq






















