Ağdamda torpaq bölgüsü başlayıb – Sakinlərə minimum 5 hektar veriləcək
Ağdam rayonunun Kəngərli, Sarıcalı və Xıdırlı kəndlərində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanılıbAğdam rayonunun Kəngərli, Sarıcalı və Xıdırlı kəndləri üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) - eagro.az saytı vasitəsi ilə növbəti müraciətlərin qəbuluna başlanılıb.
Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə, Kəngərli, Sarıcalı və Xıdırlı kəndlərində məskunlaşan və yaşayan sakinlərdən sentyabrın 1-dən başlanan müraciətlərin qəbulu prosesi 2026-cı ilin oktyabr ayının 1-i, günün sonunadək davam edəcək.
Kəngərli, Sarıcalı və Xıdırlı kəndləri üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 noyabr tarixli 236 nömrəli Fərmanının 4.1-ci bəndi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 26 dekabr tarixli 544 nömrəli qərarı ilə təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi Qaydaları”na əsasən həyata keçirilir.
Torpaq sahələri minimum 5 ha təşkil etməklə dəmyə (suvarılmayan) ərazilər olub, əkin üçün uyğun kənd ətrafında yerləşən torpaqlardır. Bu kəndlərdə dənli bitkilərdən buğda, arpa, qarğıdalı (dən və silos), vələmir, çovdar, tritikale, qarabaşaq, meyvə və giləmeyvələrdən şaftalı, nektarin, ərik, nar, şabalıd, alma, xurma, armud, gilas, qoz, zeytun, badam, püstə, fındıq, üzüm (süfrə və texniki), mavigilə, çiyələk, qarağat, aroniya, moruq, texniki bitkilərdən günəbaxan, şəkərçuğunduru, pambıq, yem bitkilərindən olan yonca, xaşa, müxtəlif ot qarışıqlarından (vika, yulaf, arpa, çovdar), tərəvəz bitkilərindən pomidor, xiyar, badımcan, bibər, kartof, soğan, sarımsaq, tərəvəz lobyası, mətbəx çuğunduru, kök və kələm, paxlalı bitkilərdən isə noxud, mərcimək və soyanın əkilməsi nəzərdə tutulur.
Kəngərli, Sarıcalı və Xıdırlı kəndlərinə köçən sakinlər aşağıdakı arıdıcıllıqla torpaqlarda güzəştli qaydada əkinlərin aparılması məqsədi ilə istifadəsi üçün müraciət edə bilərlər:
EKTİS-də qeydiyyatdan keçmək (avtomatlaşdırılmış qaydada fermer elektron kabinetinə sahib olmaq)
Elektron kabinet “Müraciətlərim” bölməsində “torpaq icarəsinə müraciət” – “Kəngərli”, “Xıdırlı” və “Sarıcalı” seçməklə ərizə formasını doldurmaq.
Şəxsiyyət vəsiqəsi üzrə qeydiyyat yerindən asılı olmayaraq faktiki yaşayış yerinin Kəngərli, Xıdırlı və ya Sarıcalı kəndi olduğunu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “e-polis” tətbiqində qeyd etmək.
Qeyd edək ki, müraciət edən şəxslər ilə təlimlərin keçirilməsi, müqavilələrin imzalanması və ərazilərin yerində tanıdılması 2026-cı ilin oktyabr ayından etibarən həyata keçiriləcək. İcarə müqavilələrinin müddəti birillik bitkilər və yonca üçün 2 il, çoxilliklər üçün 5 il təşkil edəcək və istifadə nəticələrinə müvafiq olaraq uzadılacaq.
Fermerlər əlavə məlumat üçün Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzinə (051-950-24-29, 050-648-09-22) müraciət edə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 həftə sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
3 saat sonra
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
-
-
25 d. əvvəl
"Bir Kredit BOKT" 2 milyon manatlıq istiqrazlarını yerləşdirib
- 46 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycana Rusiyadan idxal 1 milyard dollar azalıb – Çin liderliyini gücləndirib
-
1 saat əvvəl
Azərbaycanın idxalı 3,4 milyard dollar azalıb, amma ərzaq və avadanlıq idxalı artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qızıl xaric, Azərbaycanın qeyri-neft ixracında artım cəmi 8,3% təşkil edib
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda səhiyyə sistemində böyük dəyişiklik – TƏBİB Səhiyyə Nazirliyinə verildi, nazir dəyişdi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
"Bir Kredit BOKT" 2 milyon manatlıq istiqrazlarını yerləşdirib
Azərbaycan xaricdən ərzaq alışını artırıb – 9 ayda 187 milyon dollarlıq artaraq 2 milyard dolları keçib
Buğda idxalı 1 milyon tonu ötüb
ABB-dən "Uşaq yığım" əmanəti ®
Azərbaycanda səhiyyə sistemində böyük dəyişiklik – TƏBİB Səhiyyə Nazirliyinə verildi, nazir dəyişdi
Azərbaycana avtomobil idxalında böyük geriləmə – Hibrid və elektromobillərin gətirilməsi çöküb
























