ARDNF-nin xarici səhm portfeli 18 milyard dollara çatıb – 6 ayda 1,5 milyard dollar artım
ARDNF-nin səhmlərdən yığılmış gəliri 10,9 milyard dollara çatıb.Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) inkişaf etmiş ölkələrdə kotirovka olunan səhmlər üzrə portfelinin cari dəyəri bu ilin ilk yarısında 18 milyard ABŞ dollarına çatıb.
Bu barədə Fonddan bildirilib. Məlumata görə, 2025-ci ilin sonunda portfelin cari dəyəri 16,5 milyard dollar olub. Beləliklə, 2026-cı ilin ilk yarısında portfelin cari dəyəri 1,5 milyard dollar və ya 9,1% artıb.
30 iyun 2026-cı il tarixinə ARDNF-nin bu istiqamətdə investisiya etdiyi vəsait 7,1 milyard dollar təşkil edib. Portfelin yarandığı tarixdən əldə olunan gəlir isə 10,9 milyard dollara çatıb və gəlirlilik 370% olub.
Müqayisə üçün, 2025-ci ilin sonunda əldə olunan gəlir 9,4 milyard dollar, gəlirlilik isə 330% təşkil edirdi. Bu baxımdan, ilin ilk yarısında yığılmış gəlir 1,5 milyard dollar və ya təxminən 16% artıb.
Qeyd edək ki, ARDNF səhm investisiyalarında əsasən passiv idarəetmə strategiyasından istifadə edir və “MSCI World” indeksini izləyir. İndeks 23 inkişaf etmiş ölkənin 11 sektoru üzrə 1 283 şirkətin səhmlərini əhatə edir.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 18 d. əvvəl
- 26 d. əvvəl
-
53 d. əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərpambıq”da yeni təyinat — tanınmış kommunikasiya mütəxəssisi şöbə müdiri oldu
- 1 saat əvvəl
-
2 saat əvvəl
AccessBank-ın tərəfdaşlığı ilə “VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirilib ®
-
2 saat əvvəl
Avtomobil sahibləri icbari sığorta haqqını əvvəlcədən hesablaya biləcək
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Ən çox oxunanlar
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti
Azercell yeni “Oyun Portalı”nı istifadəyə verir ®
Xalq Bankdan yeni XalqKart Taksit kartları ®
ABB-nin transformasiyası dünyada dərs nümunəsinə çevrildi ®
Kapital Bank nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib ®
114 milyon manatlıq dərman zavodu açıldı






















