970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

SOCAR Serbiyada ortaq şirkət yaradır - 500 MVt-lıq elektrik stansiyası tikiləcək

SOCAR, Serbiyanın EPS və Srbijagas şirkətləri ilə birgə şirkət yaradacaq və Nişdə gücü 500 MVt-a qədər olan qaz elektrik stansiyası layihəsini həyata keçirəcək. Səhmdarlar sazişinin yaxın bir ay ərzində Belqradda imzalanması gözlənilir.
AzVak-mobil_resmin_ustu_31
SOCAR Serbiyada ortaq şirkət yaradır - 500 MVt-lıq elektrik stansiyası tikiləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Serbiyanın Mədən Sənayesi və Energetika Nazirliyinin, "Elektroprivreda Srbije" (EPS), "Srbijagas" şirkətlərinin və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndələri Nişdə (Serbiya) yeni qaz elektrik stansiyasının inkişafı və tikintisi üçün birgə şirkətin yaradılmasına dair səhmdarlar sazişinin razılaşdırılması üzrə danışıqları İstanbulda başa çatdırıblar.

Bu barədə Serbiya hökumətinə istinadən xəbər verilir.

"Yaxın bir ay ərzində Belqradda üç şirkət arasında sazişin imzalanması gözlənilir", - məlumatda qeyd edilib.

Yeni qaz elektrik stansiyasının gücünün 500 MVt-a qədər olacağı planlaşdırılır. O, elektrik və istilik enerjisi istehsal edəcək. Tikintinin dörd il ərzində başa çatdırılması nəzərdə tutulur.

Hökumətin məlumatında vurğulanıb ki, bu, EPS, "Srbijagas" və SOCAR-ın ilk birgə layihəsi və Serbiya ilə Azərbaycan arasında enerji əməkdaşlığının gücləndirilməsində mühüm addım olacaq.

Elektrik stansiyasının tikintisi Serbiyada elektrik enerjisi istehlakının artması fonunda enerji təchizatının etibarlılığını artırmağa və yeni generasiya gücləri yaratmağa imkan verəcək.

Xatırladaq ki, Azərbaycan və Serbiya 2026-cı ilin fevralında Serbiyanın Niş şəhəri yaxınlığında 350 MVt elektrik və 150 MVt istilik enerjisi gücünə malik qaz elektrik stansiyasının tikintisi haqqında saziş imzalayıb. Sənəd Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya səfəri çərçivəsində imzalanıb.

İyunun əvvəlində EPS və SOCAR Bakıda Nişdəki qaz elektrik stansiyasının layihələndirilməsi, tikintisi və idarə edilməsi üzrə əməkdaşlığın əsas şərtlərini imzalayaraq, birgə şirkətin yaradılmasının əsas prinsiplərini və layihənin əsas kommersiya parametrlərini müəyyən ediblər.

İş elanları AzVak.az-da

© "Report"

SOCAR Serbiya SOCAR Serbiya EPS Elektroprivreda Srbije Srbijagas Niş qaz elektrik stansiyası qaz elektrik stansiyası 500 MVt elektrik stansiyası SOCAR yeni layihə SOCAR Avropa Azərbaycan Serbiya enerji əməkdaşlığı birgə şirkət səhmdarlar sazişi enerji layihəsi elektrik enerjisi istehsalı istilik enerjisi Serbiya enerji sektoru Niş elektrik stansiyası Azərbaycan Dövlət Neft Şirkəti.
04.09.2026 09:37
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19