Azərbaycan şirkəti Çinin aparıcı idxalçısı ilə anlaşıb - BAKIDA MÜQAVİLƏ İMZALANIB
Bakıda Azərbaycan fındığı ilə bağlı mühüm müqavilə imzalanıb. Çin şirkəti Azərbaycan fındığını alacaq.Azərbaycanın kənd təsərrüfatı şirkəti, ölkəmizdə ən böyük 10 özəl ixracatçıdan biri olan “AGRARCO” Çin bazarına daxil olmaq istiqamətində ilk addımını atıb.
Marja.az xəbər verir ki, Şirkət Çinin aparıcı idxalçılarından biri olan “Jiaxing Fruit Market Co., Ltd.” (JFM) ilə ilk müqaviləsini Bakıda imzalayıb.
Müqavilə Azərbaycan fındığının Çin bazarına ixracını nəzərdə tutur. Şirkət əməkdaşlığı beynəlxalq bazarlarda yeni tərəfdaşlıqların qurulması baxımından mühüm addım kimi qiymətləndirib.
Çinə ixrac ediləcək fındığın həcmi açıqlanmayıb.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Əlavə edək ki, “Agrarco” MMC-nin 2026-cı ilin yanvar-iyul aylarında ixracının dəyəri 30,8 milyon ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövründə şirkətin ixracı 9,8 milyon dollar idi. Beləliklə, ixrac 21 milyon dollar və ya 214,3% artıb. Şirkətin xarici satışlarının dəyəri əvvəlki ilin təxminən 3,14 mislinə çatıb.
"AGRARCO" MMC fındıq və digər meyvələrin istehsalı və ixracı ilə məşğul olur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 həftə sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
4 saat sonra
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
-
-
7 d. əvvəl
Azərbaycanın idxalı 3,4 milyard dollar azalıb, amma ərzaq və avadanlıq idxalı artıb
- 22 d. əvvəl
- 23 d. əvvəl
-
31 d. əvvəl
Qızıl xaric, Azərbaycanın qeyri-neft ixracında artım cəmi 8,3% təşkil edib
- 48 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda səhiyyə sistemində böyük dəyişiklik – TƏBİB Səhiyyə Nazirliyinə verildi, nazir dəyişdi
-
1 saat əvvəl
Azərbaycana avtomobil idxalında böyük geriləmə – Hibrid və elektromobillərin gətirilməsi çöküb
-
1 saat əvvəl
Birbank-dan “Yığ və qazan” lotereyası: 507 qalib pul mükafatı qazanacaq ®
-
1 saat əvvəl
Azərbaycanın xarici ticarətində böyük dəyişiklik – Müsbət saldo 5,7 dəfə artıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
Buğda idxalı 1 milyon tonu ötüb
ABB-dən "Uşaq yığım" əmanəti ®
Azərbaycanda səhiyyə sistemində böyük dəyişiklik – TƏBİB Səhiyyə Nazirliyinə verildi, nazir dəyişdi
Azərbaycana avtomobil idxalında böyük geriləmə – Hibrid və elektromobillərin gətirilməsi çöküb
PAŞA Bankın səhmləri bahalaşır – İndi almaq, yoxsa gözləmək?
Putin Ukraynanın taleyini Tramp və Si Cinpinlə müzakirə etməyi təklif edib – Zelenski görüşə dəvət olunmaya bilər





























