Bağçılıq subsidiyalarının şərtləri sadələşdirilir
Bağ salan fermerlərə yeni güzəştlərAqrar Subsidiya Şurasının qərarı ilə Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda müəyyən edilmiş kənd təsərrüfatında məhsuldarlığın və istehsalın artırılması, müasir suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsi, emal və ixrac yönümlü istehsalın təşviqi, heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması, eləcə də ölkənin ərzaq təminatının gücləndirilməsi hədəflərinə uyğun olaraq yeni subsidiya mexanizmləri və subsidiya şərtlərində dəyişikliklər təsdiq edilib. Yeni qərarla bitkiçiliklə yanaşı, heyvandarlıq və balıqçılıq sahələrində də bir sıra yeni subsidiyalar tətbiq olunacaq.
Marja.az xəbər verir ki, bağların salınması zamanı fermerlərin subsidiya əldə etməsini asanlaşdırmaq məqsədilə bir sıra mövcud tələblər sadələşdirilib.
Bütün ölkə üzrə bağların salınması zamanı sertifikatlı ting tələbi saxlanılmaqla torpağın elektrik keçiriciliyi – EC və viruslardan azad olma ilə bağlı analiz tələbi aradan qaldırılır. İntensiv texniki və süfrəlik üzüm bağlarına verilən bağçılıq subsidiyası bütün ölkə ərazisinə şamil edilir. İntensiv zeytun bağlarında minimum sahə tələbi 50 hektardan 5 hektara, Naxçıvan MR-də isə bütün bağlar üzrə minimum sahə tələbi 1 hektara endirilir.
Eyni zamanda intensiv püstə bağları üzrə yüksəklik həddi 1000 metrədək artırılır. Qarabağ və Şərqi Zəngəzurda nar üzrə minimum yüksəklik tələbi ləğv edilir, zeytun üzrə maksimal yüksəklik 300 metrədək artırılır, Naxçıvanda isə qoz bağları üzrə minimum yüksəklik tələbi aradan qaldırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
18 d. əvvəl
Advisory Banking: Biznesin ehtiyacını anlayan bank modelinə doğru
-
20 d. əvvəl
Şavkat Mirziyoyev: "6 iqtisadiyyat – 1 məhsul” formuluna keçməliyik
-
24 d. əvvəl
ABB 12 ay faizsiz ödəniş imkanı yaradan “TamKart Max” kredit kartını təqdim etdi! ®
-
32 d. əvvəl
"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"
- 34 d. əvvəl
- 47 d. əvvəl
- 58 d. əvvəl
-
1 saat əvvəl
Unicapital mövqeyini gücləndirməyə davam edir: həcmlərdə 3,2 dəfə artım
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Advisory Banking: Biznesin ehtiyacını anlayan bank modelinə doğru
ABB 12 ay faizsiz ödəniş imkanı yaradan “TamKart Max” kredit kartını təqdim etdi! ®
Prezident: Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir
Böyük bankdan yeni dollar proqnozu
Ən çox oxunanlar
Ryazanda "Yandex"in data-mərkəzinə PUA zərbəsi endirilib
İlham Əliyev Türkmənbaşıda Məşvərət görüşündə iştirak edir
Azərbaycan neftinin son qiyməti
Prezident İlham Əliyev Türkmənistanda işgüzar səfərdədir




















