Pambıqda damcı suvarma tətbiqinə əlavə dəstək veriləcək
Pambıqda damcı suvarmaya görə subsidiya 300 manata qaldırılırAqrar Subsidiya Şurasının qərarı ilə Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda müəyyən edilmiş kənd təsərrüfatında məhsuldarlığın və istehsalın artırılması, müasir suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsi, emal və ixrac yönümlü istehsalın təşviqi, heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması, eləcə də ölkənin ərzaq təminatının gücləndirilməsi hədəflərinə uyğun olaraq yeni subsidiya mexanizmləri və subsidiya şərtlərində dəyişikliklər təsdiq edilib. Yeni qərarla bitkiçiliklə yanaşı, heyvandarlıq və balıqçılıq sahələrində də bir sıra yeni subsidiyalar tətbiq olunacaq.
Marja.az xəbər verir ki, pambıq üzrə məhsul subsidiyası da istifadə olunan suvarma texnologiyasına uyğun diferensiallaşdırılıb. Ənənəvi suvarmada subsidiya 200 manat/ton, sprinkler və pivot suvarmada 215 manat/ton, damcı suvarmada isə 300 manat/ton müəyyən edilib.
EMALA TƏHVİL VERİLƏN MƏHSULLAR ÜZRƏ SUBSİDİYALARIN ƏHATƏSİ GENİŞLƏNDİRİLİR
Aqrar emal sənayesinin xammal təminatının yaxşılaşdırılması məqsədilə yeni məhsul subsidiyaları tətbiq ediləcək. Emal müəssisəsinə təhvil verilən texniki üzümə 50 manat/ton, zeytuna 30 manat/ton, xurmaya 50 manat/ton və taxta qabıqlı badama 30 manat/ton subsidiya müəyyən edilib.
Efir yağı istehsalı üçün təhvil verilən qızılgül üzrə subsidiya 100 manat/ton, biyan üzrə 10 manat/ton, pivəlik arpa üzrə isə 50 manat/ton təşkil edəcək.
Ərzaqlıq buğda proqramı davam etməklə birlikdə buğda üzrə ixtisaslaşmış 22 rayonda lazer hamarlama tətbiq edilən sahələrdə istehsal edilərək dəyirmanlara təhvil verilən buğdaya görə 40 AZN/ton məhsul subsidiyası ödənilcək. Naxçıvan MR üzrə tədarükçülərə təhvil verilən buğdaya görə 50 AZN/ton məhsul subsidiyası ödəniləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
9 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
9 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 9 saat əvvəl
-
10 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti
























