970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bakı Fond Birjasında dövriyyə 15,2 milyard manat azalıb - 35%-LİK GERİLƏMƏ

28,4 milyard manatlıq birja dövriyyəsinin 86%-i REPO-nun payına düşüb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakı Fond Birjasında dövriyyə 15,2 milyard manat azalıb - 35%-LİK GERİLƏMƏ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2026-cı ilin yanvar-avqust aylarında Bakı Fond Birjasında (BFB) bütün bazarlar və əməliyyatlar üzrə ümumi ticarət dövriyyəsi 28 milyard 429 milyon manat təşkil edib.

Marja.az Bakı Fond Birjasının məlumatlarına istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövründə ticarət dövriyyəsi 43 milyard 618 milyon manata yaxın olmuşdu.

Beləliklə, birjanın ümumi dövriyyəsi illik müqayisədə 15 milyard 188 milyon manat və ya 34,8% azalıb.

Bununla yanaşı, bağlanmış əqdlərin sayı əks istiqamətdə dəyişib. 2025-ci ilin yanvar-avqust aylarında BFB-də 19 min 829 əqd qeydə alınmışdısa, 2026-cı ilin eyni dövründə bu göstərici 45 min 252-yə yüksəlib. Əqdlərin sayı 25 min 423 ədəd və ya 128,2% artıb.

REPO dövriyyəsi 13 milyard manat azalıb

Birjanın ümumi dövriyyəsində ən böyük pay yenə REPO əməliyyatlarının üzərinə düşüb.

2026-cı ilin ilk 8 ayında REPO əməliyyatlarının həcmi 24 milyard 352 milyon manat təşkil edib. Ötən ilin eyni dövründə isə bu göstərici 37 milyard 358 milyon manat idi.

Beləliklə, REPO bazarının dövriyyəsi 13 milyard 6 milyon manat və ya 34,8% azalıb.

REPO əməliyyatları 2026-cı ilin yanvar-avqust aylarında BFB-nin ümumi ticarət dövriyyəsinin təxminən 85,7%-ni formalaşdırıb.

Dövlət qiymətli kağızlarında kəskin azalma

Dövlət qiymətli kağızları üzrə dövriyyə 2025-ci ilin ilk 8 ayındakı 3 milyard 563 milyon manatdan 2026-cı ilin eyni dövründə 730,5 milyon manata düşüb.

Bu, illik müqayisədə təxminən 79,5% azalma deməkdir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Bu bazarda əqdlərin sayı da 452-dən 151-ə geriləyib.

Mərkəzi Bankın notlarında dövriyyə təxminən 2 dəfə artıb

Azərbaycan Mərkəzi Bankının notları üzrə isə əks dinamika müşahidə olunub.

2025-ci ilin yanvar-avqust aylarında AMB notları üzrə dövriyyə 1 milyard 148 milyon manat olduğu halda, 2026-cı ilin eyni dövründə 2 milyard 215 milyon manata yüksəlib.

Artım 93% təşkil edib.

Əqdlərin sayı isə 298-dən 300-ə yüksəlib.

Korporativ bazarda əqdlərin sayı kəskin artıb

Korporativ qiymətli kağızlar üzrə ticarət dövriyyəsi 713,4 milyon manatdan 523,2 milyon manata düşərək 26,7% azalıb.

Bununla belə, bu seqmentdə əqdlərin sayı 14 min 683-dən 40 min 835-ə yüksəlib. Beləliklə, korporativ qiymətli kağızlarla bağlanan əqdlərin sayı 178% artıb.

Xüsusilə ilkin bazarda əqdlərin sayı 1 778-dən 25 393-ə yüksəlib.

Səhmlərdə dövriyyə təxminən 5 dəfə artıb

Səhmlər üzrə ilkin və təkrar bazarın ümumi dövriyyəsi 2025-ci ilin ilk 8 ayında təxminən 13,4 milyon manat təşkil etdiyi halda, 2026-cı ilin eyni dövründə 65,7 milyon manata yüksəlib.

Beləliklə, səhmlər üzrə dövriyyə təxminən 3,9 dəfə və ya 388,8% artıb.

İlkin səhm bazarında dövriyyə 2,88 milyon manatdan 51,7 milyon manata yüksəlib.

Təkrar bazarın dövriyyəsi 57% azalıb

BFB-də ilkin bazarın ümumi dövriyyəsi 2026-cı ilin yanvar-avqust aylarında 2 milyard 954 milyon manat olub. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 18,9% azalıb.

Təkrar bazarın dövriyyəsi isə 2 milyard 615 milyon manatdan 1 milyard 123 milyon manata enib. Azalma 57,1% təşkil edib.

Bununla belə, ilkin bazarda əqdlərin sayı 2 min 53-dən 25 min 708-ə, təkrar bazarda isə 13 min 404-dən 15 min 607-yə yüksəlib.

İpoteka istiqrazlarında da azalma var

İpoteka istiqrazları üzrə dövriyyə 835,7 milyon manatdan 608,3 milyon manata düşüb. Bu, 27,2% azalma deməkdir.

Əqdlərin sayı isə 24-dən 29-a yüksəlib.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Bakı Fond Birjası BFB fond birjası birja dövriyyəsi qiymətli kağızlar bazarı REPO əməliyyatları dövlət istiqrazları Mərkəzi Bankın notları korporativ istiqrazlar səhm bazarı ilkin bazar təkrar bazar Azərbaycan kapital bazarı birja statistikası BFB 2026
07.09.2026 12:13
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19