Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları yeni yüksək səviyyəyə çatıb - Bir ayda +1,53 milyard dollar

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları yeni yüksək səviyyəyə çatıb - Bir ayda +1,53 milyard dollar
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları 2026-cı ilin avqust ayında kəskin artıb.

Marja.az Azərbaycan Mərkəzi Bankının məlumatlarına istinadən xəbər verir ki, 31 avqust 2026-cı il tarixinə rəsmi valyuta ehtiyatları 15 milyard 301,3 milyon ABŞ dolları təşkil edib.

31 iyul 2026-cı il tarixinə ehtiyatların həcmi 13 milyard 767,9 milyon dollar idi.

Beləliklə, cəmi bir ay ərzində Mərkəzi Bankın valyuta ehtiyatları 1 milyard 533,4 milyon dollar və ya 11,1% artıb.

İlin əvvəlindən artım 3,8 milyard dollara yaxınlaşıb

2025-ci ilin sonunda Azərbaycanın rəsmi valyuta ehtiyatları 11 milyard 514,9 milyon dollar təşkil etmişdi. 2026-cı ilin ilk 8 ayında ehtiyatlar 3 milyard 786,4 milyon dollar və ya 32,9% artıb.

Bir ildə 4 milyard dollardan çox artım

2025-ci ilin avqust ayının sonunda rəsmi valyuta ehtiyatları 11 milyard 249,4 milyon dollar idi. Beləliklə, son bir ildə ehtiyatların həcmi 4 milyard 51,9 milyon dollar və ya 36% artıb.

2026-cı ilin avqustundakı 15,3 milyard dollarlıq göstərici təqdim olunan 2025–2026-cı illər üzrə statistikanın ən yüksək səviyyəsidir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi ilə bağlı məlumat

Tədiyə balansının cari əməliyyat balansında profisitin və maliyyə sektorunda dedollarlaşma prosesinin davam etməsi fonunda valyuta bazarında təklif tələbi üstələyib. Bu şəraitdə cari ilin avqust ayında Mərkəzi Bank tərəfindən 1,5 milyard ABŞ dolları məbləğində alış yönlü müdaxilə həyata keçirilib.

Marja.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının valyuta bazarına müdaxiləsi ilə bağlı məlumatında bildirilir.

Qeyd edilib ki, nəticədə, cari ilin ötən dövründə Mərkəzi Bankın valyuta ehtiyatları 3,8 mlrd. ABŞ dolları məbləğində və ya 33% artaraq tarixi maksimuma - 15,3 mlrd. ABŞ dollarına yüksəlib.

Valyuta bazarından alınmış xarici valyutanın tam və ya bir hissəsinin bundan sonra bazarda formalaşacaq tələbdən asılı olaraq tarazlığın təmin edilməsi məqsədilə yenidən bazara yönəldilməsi istisna edilmir.

Makroiqtisadi sabitliyin qorunması məqsədilə Mərkəzi Bank valyuta bazarında alış və ya satış yönlü əməliyyatlarda iştirakını davam etdirəcəyi təqdirdə bu barədə məlumat açıqlanacaqdır.

İş elanları AzVak.az-da

Azərbaycan valyuta ehtiyatları Mərkəzi Bank valyuta ehtiyatları AMB ehtiyatları rəsmi valyuta ehtiyatları Azərbaycanın dollar ehtiyatları 15 3 milyard dollar Azərbaycan Mərkəzi Bankı valyuta rezervləri Azərbaycan iqtisadiyyatı valyuta ehtiyatları 2026.
07.09.2026 15:50
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19