PAŞA Bankın dəstəyi ilə “Qız qalası” baleti yenidən səhnəyə qayıdır
Azərbaycanın ilk milli baleti 86 ildən sonra yenidən səhnəyə qayıdır – PAŞA Bank böyük layihəyə dəstək verirAzərbaycanın ilk milli baleti – Əfrasiyab Bədəlbəylinin “Qız qalası” əsəri yenidən səhnəyə qayıdır. Baletin bərpası PAŞA Bankın dəstəyi və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.
Bu məqsədlə 7 sentyabr 2026-cı il tarixində PAŞA Bank və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədi PAŞA Bankın İdarə Heyətinin sədri Cavid Quliyev və Teatrın direktoru Yusif Eyvazov imzalayıblar.
Layihə Azərbaycan balet tarixində xüsusi yeri olan “Qız qalası”nın səhnə həyatının bərpasını və əsərin müasir tamaşaçıya yenidən təqdim olunmasını nəzərdə tutur.
PAŞA Bankın İdarə Heyətinin sədri Cavid Quliyev bildirib:
“Bəzi əsərlər zaman keçdikcə bir ölkənin mədəni yaddaşının ayrılmaz hissəsinə çevrilir. “Qız qalası” da məhz belə əsərlərdəndir. Azərbaycanın ilk milli baletinin yenidən səhnəyə qayıtmasına dəstək vermək bizim üçün xüsusi əhəmiyyət daşıyır. İstəyirik ki, illər əvvəl Azərbaycan balet sənətində yeni bir səhifə açmış bu əsəri bu günün tamaşaçısı da səhnədə görə bilsin. Düşünürəm ki, mədəni irsi yaşatmağın ən yaxşı yollarından biri onu yeni nəsillərlə yenidən görüşdürməkdir.”
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazov qeyd edib:
“ “Qız qalası” baleti Azərbaycan balet sənətinin təməlini qoyaraq milli musiqi və rəqs ənənələrinin klassik balet sənəti ilə bir araya gətirən əsər kimi Azərbaycan musiqi və səhnə sənəti tarixində xüsusi yer tutur. Onun yenidən səhnəyə qayıtması bizim üçün əlamətdar hadisədir. Məqsədimiz əsərin tarixi və bədii ruhunu qorumaqla onu bugünkü səhnənin imkanları ilə tamaşaçıya təqdim etməkdir. Belə böyük layihələrin həyata keçirilməsi güclü tərəfdaşlıq tələb edir və bu təşəbbüsdə PAŞA Bankın dəstəyini yüksək qiymətləndiririk”.
Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baleti ilk dəfə 1940-cı ildə səhnəyə qoyulub. Azərbaycanın ilk milli baleti hesab olunan əsər milli musiqi və rəqs ənənələrini klassik balet sənəti ilə bir araya gətirməsi ilə Azərbaycan musiqi və səhnə sənəti tarixində xüsusi yer tutur.
“Qız qalası” PAŞA Bankın Azərbaycan mədəniyyətinin mühüm nümunələrinin qorunmasına və yenidən geniş auditoriyaya təqdim olunmasına dəstək verdiyi layihələrin davamıdır. Bank daha əvvəl “Koroğlu” operasının bərpasına, Fikrət Əmirovun simfonik muğamlarının toplu şəklində hazırlanmasına, Azərbaycan xalçaçılıq sənətinin təbliğinə, eləcə də milli kinonun tanıdılması və təşviqinə dəstək göstərib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
9 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
9 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 9 saat əvvəl
-
10 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti


























