Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda fermerlər üçün sığorta qaydaları dəyişdi – 3 MÜHÜM YENİLİK

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda fermerlər üçün sığorta qaydaları dəyişdi – 3 MÜHÜM YENİLİK
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Subsidiya Şurasının qərarına əsasən, əkin və bağçılıq subsidiyası üzrə sığorta tələbləri yenilənib.

Əsas və təkrar əkin subsidiyasının əldə edilməsi üçün sığortalanmalı olan bitkilərin siyahısına arpa, buğda, çəltik, qarğıdalı ilə yanaşı, günəbaxan əlavə edilib.

Günəbaxan – yerli bitki yağları sənayesinin əsas xammal mənbələrindən biri olmaqla, yüksək maya dəyəri və iqlim risklərinə həssaslığı ilə seçilir. Qeyd edək ki, Azərbaycanın müxtəlif ərazilərində 13 min hektardan artıq ərazidə günəbaxan bitkisi əkilir. Əkin sahələrinin böyük hissəsi iqlim risklərinin böyük olduğu Gəncə-Daşkəsən, Qazax-Tovuz və Qarabağ regionlarındadır. Bu da həmin sahədə fəaliyyət göstərən fermerlər üçün əhəmiyyətli maliyyə riski yaradır. Bu risklərin sığorta ilə qorunması həm yerli istehsalın davamlılığını, həm də idxaldan asılılığın azaldılmasını dəstəkləyir.

Günəbaxanın sığorta tələbi olan bitkilər arasına əlavə edilməsi bu bitki üzrə əkin sahələrinə dəyəcək zərərlərin kompensasiya edilməsinə, günəbaxan əkini ilə məşğul olan fermerlərin risklərini qarşılamağa imkan verəcək.

Azərbaycanda tətbiq olunan aqrar sığorta mexanizmi dövlət dəstəkli olduğu üçün sığorta haqqının 50%-i dövlət tərəfindən qarşılanır, bu da fermerlərə cüzi ödəniş etməklə əkin sahələrini sığortalamağa imkan verir. Məsələn, ölkədə iqlim risklərinin ən yüksək olduğu Qarabağ, Gəncə-Daşkəsən və Qazax-Tovuz regionlarında 1000 manatlıq günəbaxan məhsulunu sığortalamaq fermerə cəmi 12,15 manata başa gəlir.

Aqrar Subsidiya Şurasının qərarı ilə əkin subsidiyasının əldə edilməsi üçün sığortalanmalı olan əkin sahələrinin minimum ölçüsü isə 7 hektar olaraq müəyyənləşib. Sığortalanan əkin sahələrinə minimum tələbin 10 hektardan 7 hektara azaldılması son illər iqlim risklərinin kəskin artması və bu sahədə fəaliyyət göstərən təsərrüfatların risklərinin daha yaxşı qorunması məqsədi daşıyır. Yeni qərar nəticəsində aqrar sığorta ilə əhatə olunacaq əkin sahələri genişlənəcək və qorunan təsərrüfatların sayı artacaq. Eyni zamanda, məhsuldarlıq və iqlim risklərini nəzərə aldıqda, bu qərar fermerlərə ciddi maliyyə yükü yaratmayacaq.

Aqrar Subsidiya Şurasının qərarı ilə bağçılıq subsidiyası üzrə sığorta tələbi də dəyişdirilib. Yeni qərara əsasən, bağçılıq subsidiyası alınması üçün yeni salınmış meyvə bağları “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq azı 3 il müddətinə sığortalanmalıdır.

Bu yenilik yeni salınmış bağların 3 il müddətində sığorta ilə təmin olunmasını və risklərə qarşı daha dayanıqlı olmasını təmin edəcək.

Sığorta tələbinin ilk 3 il müddətinə tətbiq edilməsi təsadüfi deyil. Meyvə bağları ilk 3 il ərzində məhsula düşür və iqtisadi dəyər yaradırlar. Bu dövrdə təbiət hadisələri – şaxta, dolu, qasırğa və sair – bitkilər üçün daha böyük risk yaradır. Sığorta haqqı isə olduqca aşağı olduğuna görə, fermerlər üçün demək olar ki, maliyyə yükü yaratmır.

Eyni zamanda, ilk 3 il ərzində meyvə bağlarının gəlirliliyi aşağı olduğuna görə, fermerlər maliyyə risklərinə qarşı həssas olurlar, yəni istənilən səbəbdən yaranan itki onların sonrakı fəaliyyətini təhlükə altına ala bilər.

Buna görə də meyvə bağları üçün 3 illik sığorta tələbi investisiyaların qorunmasını və fermerlərin dayanıqlığını təmin edəcək.

Qeyd edək ki, Aqrar Sığorta Fondunun fermerlərə ödənişləri sürətlə artır. 2026-cı il ərzində indiyədək Aqrar Sığorta Fonduna 6 622 sığorta müqaviləsi üzrə 77 min hektar əkin ərazisinə zərər dəyməsi ilə bağlı müraciət daxil olub ki, bunlardan 40 min hektar əkin ərazisinə dolu riski, 26 min hektar əkin ərazisinə sel-subasma riski ilə bağlı olub.

2026-cı il üzrə bu günə olan müraciətlərə əsasən, ümumilikdə fermerlərə 4,5 mln manata yaxın zərər ödənişlərinin edilməsi proqnozlaşdırılır ki, bu ödənişlərin 1,5 mln manatı dolu, 1,1 mln manatı isə sel-subasma riski üzrə həyata keçiriləcək.

Aqrar Sığorta Fondu fermerləri və təsərrüfat sahiblərini qarşıdan gələn payızlıq əkinlər dövründə əkinlərini qorumağa və dövlətin güzəştli sığorta mexanizmi vasitəsilə sığortalamağa çağırır.

Aqrar Sığorta Fondunun göstərdiyi xidmətlər, aqrar sığorta şərtləri və sığorta haqlarının məbləği barədə məlumatları Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsi vasitəsilə və ya 1651 Çağrı Mərkəzinə zəng etməklə almaq mümkündür.

Azərbaycanda fermerlər üçün sığorta qaydaları dəyişdi – 3 MÜHÜM YENİLİK
08.09.2026 15:54
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19