Nazir özünə daha bir müşavir təyin etdi
Kənd təsərrüfatı naziri Məcnun Məmmədova müşavir təyin olunub. Bununla bağlı nazir müvafiq Əmr imzalayıb.
Əmrə əsasən, Ayaz Museyibov nazirin müşaviri vəzifəsinə təyin olunub. Nazirlikdən məlumatı təsdiqləyiblər.
Qeyd edək ki, A.Museyibov 2015-2019-cı illərdə Azərbaycan Mərkəzi Bankında, Maliyyə Bazarlarına Nəzarət Palatasında müxtəlif vəzifələrdə çalışıb. 2019-2022-ci illərdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Maliyyə analitiki, o cümlədən departament rəhbəri, 2022-2023-cü illərdə İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlil və monitorinq şöbəsinin rəisi vəzifəsində fəaliyyət göstərib. 2023-2024-cü illərdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində İcraçı direktorun müşaviri, 2024-2026-cı illərdə isə İcraçı direktorun müavini vəzifəsində çalışıb.
Təyinata qədər isə o, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində rəis müavini vəzifəsində fəaliyyət göstərib.
Xatırladaq ki, M.Məmmədov ötən gün Ramil Əzməmmədovu özünə müşavir təyin etmişdi.
© “Qafqazinfo”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 4 gün sonra
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
- 1 gün əvvəl
-
1 gün əvvəl
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
Neft-qazdan külək və Günəş enerjisinədək – Azərbaycan və Vyetnam prezidentləri enerji əməkdaşlığını müzakirə ediblər
Ən çox oxunanlar
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
“AzerGold” da qiymətlərə endirim etdi - qızıl külçələr 10,49 faizədək, gümüş külçələr 44,17 faizədək ucuzlaşıb
Azərbaycan neftinin son qiyməti
Çipsi və qazlı içkilər üçün aksiz təklif olunur - İstehsalçılar verginin təxirə salınmasını istəyirlər
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq




















