Bir 1000-dən çox gənci “Spark ’26” festivalında bir araya gətirdi ®
Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemi olan Bir 1000-dən çox gənci Azərbaycanın ilk tələbə-texnologiya festivalı - “Spark ’26”da bir araya gətirib. Festivalda texnologiya, data və süni intellekt istiqamətləri üzrə təhsil alan tələbələr, magistrantlar və məzunlar iştirak ediblər.
Festival gənclərə texnologiya sahəsində baş verən dəyişiklikləri birbaşa bu istiqamətlərdə çalışan mütəxəssislərdən öyrənmək, real iş təcrübəsi ilə tanış olmaq və gələcək karyera yolları barədə daha aydın təsəvvür formalaşdırmaq imkanı verib. İştirakçılar Bir ekosisteminin fəaliyyəti və yaratdığı imkanlarla yanaşı, “Süni intellekt və datanın real biznes mühitində tətbiqi”, “Texnologiyanın gələcəyi və süni intellektin peşələrə təsiri” kimi mövzular ətrafında fikir və təcrübələrlə tanış olublar.
Festival çərçivəsində Bir ekosisteminin müxtəlif istiqamətləri üzrə rəhbər nümayəndələri – Aygün Musayeva, Maksim Evdokimov, Buğra Şen və Fariz Lətifov çıxış ediblər. Sual-cavab sessiyasında iştirakçılar onları maraqlandıran məsələləri spikerlərlə müzakirə edib, suallarına birbaşa cavab almaq imkanı qazanıblar. Festivalın interaktiv və əyləncə dolu proqramı isə gün ərzində gənclərin ünsiyyət qurmalarına, vaxtlarını maraqlı keçirmələrinə və yeni əlaqələr qurmalarına şərait yaradıb.
Layihə haqqında öz fikirlərini sosial şəbəkə hesabında paylaşan Bir ekosisteminin rəhbəri Fərid Hüseynov “Spark”ın ildən-ilə böyüyərək daha çox gəncin öz uğur hekayəsinə başladığı platformaya çevrilməsini hədəflədiyini vurğulayıb: “Gələcəyi qurmaq sadəcə yeni texnologiya gətirmək deyil, ona ruh verən gənclər üçün doğru mühit yaratmaqdır. “Spark’26” ilk tələbə-texnologiya festivalını da məhz bu məqsədlə ərsəyə gətirdik. 1000-dən çox gəncimizin qatıldığı o coşqulu atmosferi görmək və onların öyrənmək həvəsinə şahid olmaq mənim üçün çox gözəl hiss idi. Bir daha əmin oldum ki, ölkəmizin texnoloji potensialını irəli aparacaq güclü gəncliyimiz var”.
Bir tərəfindən təşkil olunan “Spark ’26” layihəsinin davamlı olması, layihənin gələcəkdə ölkənin ənənəvi illik texnologiya hərəkatına çevrilməsi nəzərdə tutulur.
Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKart-la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.
Daha ətraflı: bir.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
10 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
10 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 10 saat əvvəl
-
11 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti


























