Azərbaycanda lisenziya və icazə prosedurları yenidən nəzərdən keçiriləcək
Sahibkarların qarşısındakı inzibati maneələr yenidən qiymətləndiriləcə. Azərbaycanda biznes qaydaları “ələkdən keçiriləcək”Azərbaycanda biznesin fəaliyyətinə təsir edən iqtisadi, texniki və inzibati tənzimləmələrin, o cümlədən lisenziya və icazə prosedurlarının təkmilləşdirilməsi nəzərdə tutulur.
Marja.az xəbər verir ki, bu, Prezidentin 11 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illər üzrə Milli Fəaliyyət Planı”nda əksini tapıb.
Plana əsasən, 2027–2028-ci illərdə təhlil ediləcək məhsul bazarları, həmin bazarlarda tətbiq olunan iqtisadi, texniki və inzibati tənzimləmələr, o cümlədən lisenziya və icazə prosedurları müəyyən ediləcək.
Sonrakı mərhələdə bu tənzimləmə və prosedurların bazar iştirakçılarının fəaliyyət imkanlarına təsiri qiymətləndiriləcək və təkmilləşdirməyə ehtiyac olan istiqamətlər prioritetləşdiriləcək.
Yekunda bazar iştirakçılarının fəaliyyət imkanlarının genişləndirilməsinə xidmət edən əsaslandırılmış təkliflər paketi hazırlanacaq.
Əsas icraçı Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi olacaq. İqtisadiyyat Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və digər aidiyyəti dövlət qurumları prosesə cəlb ediləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 8 d. əvvəl
-
15 d. əvvəl
Səhiyyə Nazirliyi: TƏBİB-in elektron sistemində nasazlıq yaranıb
-
37 d. əvvəl
Advisory Banking: Biznesin ehtiyacını anlayan bank modelinə doğru - MÜSAHİBƏ
-
39 d. əvvəl
Şavkat Mirziyoyev: "6 iqtisadiyyat – 1 məhsul” formuluna keçməliyik
-
43 d. əvvəl
ABB 12 ay faizsiz ödəniş imkanı yaradan “TamKart Max” kredit kartını təqdim etdi! ®
-
51 d. əvvəl
"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"
- 53 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub
ABB 12 ay faizsiz ödəniş imkanı yaradan “TamKart Max” kredit kartını təqdim etdi! ®
"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"
Ən çox oxunanlar
Prezident: Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir
Böyük bankdan yeni dollar proqnozu
Ryazanda "Yandex"in data-mərkəzinə PUA zərbəsi endirilib
İlham Əliyev Türkmənbaşıda Məşvərət görüşündə iştirak edir
Azərbaycan neftinin son qiyməti























