Dövlət müəssisələri üçün yeni rəqabət qaydaları gəlir
Dövlət şirkətlərinin bazardakı üstünlükləri araşdırılacaq. Dövlət şirkətləri özəl bizneslə eyni şərtlərə gətirilə bilərAzərbaycanda dövlət müəssisələrinin bazardakı fəaliyyətinin özəl şirkətlərlə rəqabət baxımından qiymətləndirilməsi nəzərdə tutulur.
Marja.az xəbər verir ki, Milli Fəaliyyət Planına əsasən, dövlət müəssisələrinin fəaliyyətində rəqabətli neytrallıq prinsiplərinin tətbiqinin təkmilləşdirilməsi üçün təkliflər hazırlanacaq.
Bu tədbir nəzarət zərfi dövlətə məxsus banklara şamil edilməyəcək.
2027–2028-ci illərdə əvvəlcə rəqabətli neytrallığın qiymətləndirilməsi üçün göstərici və meyarlar müəyyənləşdiriləcək. Daha sonra həmin göstəricilər əsasında dövlət müəssisələrində mövcud vəziyyət təhlil ediləcək.
Nəticədə dövlət müəssisələrinin fəaliyyətində rəqabətli neytrallığın təşviqi üzrə əsaslandırılmış təkliflərin hazırlanması nəzərdə tutulur.
Prosesdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə yanaşı Azərbaycan İnvestisiya Holdinqi, AZCON, İqtisadiyyat Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və digər qurumlar iştirak edəcəklər.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Bəzi dövlət inhisarlarında rəqabətli bazar modelinə keçid nəzərdə tutulur
Azərbaycanda xüsusi tənzimlənən infrastruktur və xidmət sahələrinin, eləcə də dövlətin müstəsna iştirak etdiyi bəzi bazarların rəqabətli bazar modelinə mərhələli keçid imkanları araşdırılacaq.
Milli Fəaliyyət Planına əsasən, tədbirin 2028–2029-cu illərdə həyata keçirilməsi nəzərdə tutulur.
İlk mərhələdə rəqabətli bazar modelinə keçid potensialı olan xüsusi tənzimlənən infrastruktur və xidmət sahələri, həmçinin dövlətin müstəsna iştirak etdiyi məhsul və xidmət bazarları müəyyən ediləcək.
Daha sonra seçilmiş sahələr üzrə beynəlxalq təcrübə və milli iqtisadiyyatın xüsusiyyətləri təhlil ediləcək, bazar modelinə keçid imkanları qiymətləndiriləcək.
Zərurət yarandığı halda xüsusi tənzimləmə tətbiq olunan subyektlərin və fəaliyyət istiqamətlərinin mövcud siyahılarında dəyişiklik layihələri hazırlanacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
8 d. əvvəl
Şavkat Mirziyoyev: "6 iqtisadiyyat – 1 məhsul” formuluna keçməliyik
-
12 d. əvvəl
ABB 12 ay faizsiz ödəniş imkanı yaradan “TamKart Max” kredit kartını təqdim etdi! ®
-
20 d. əvvəl
"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"
- 22 d. əvvəl
- 35 d. əvvəl
- 46 d. əvvəl
-
50 d. əvvəl
Unicapital mövqeyini gücləndirməyə davam edir: həcmlərdə 3,2 dəfə artım
- 1 saat əvvəl
-
1 saat əvvəl
Aqrar biznesə dəstək: “PAŞA Sığorta” 280 000 manata yaxın zərəri ödədi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Şavkat Mirziyoyev: "6 iqtisadiyyat – 1 məhsul” formuluna keçməliyik
"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"
Böyük bankdan yeni dollar proqnozu
Ryazanda "Yandex"in data-mərkəzinə PUA zərbəsi endirilib
Ən çox oxunanlar
İlham Əliyev Türkmənbaşıda Məşvərət görüşündə iştirak edir
Azərbaycan neftinin son qiyməti
Prezident İlham Əliyev Türkmənistanda işgüzar səfərdədir

























