Sahibkarların dövlət satınalmalarına və mühüm infrastruktura çıxışı genişləndiriləcək
Dövlət satınalmalarında daha çox sahibkar iştirak edə biləcək.Azərbaycanda rəqabət siyasətinin növbəti mərhələsində sahibkarların mühüm infrastruktura və resurslara çıxış imkanlarının artırılması, həmçinin dövlət satınalmalarında iştirak dairəsinin genişləndirilməsi prioritet istiqamətlərdən olacaq.
Marja.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin 11 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illər üzrə Milli Fəaliyyət Planı”nda qeyd olunub.
Sənəddə rəqabət siyasətinin inkişafının növbəti mərhələsində rəqabətli neytrallıq prinsiplərinin tətbiqinin genişləndirilməsi ilə yanaşı, sahibkarların mühüm infrastruktura və resurslara çıxışının artırılması nəzərdə tutulur.
Həmçinin məhsul bazarlarında rəqabət səviyyəsinin müntəzəm qiymətləndirilməsi, dövlət satınalmalarında iştirak dairəsinin genişləndirilməsi, rəqabət mədəniyyətinin təşviqi, elmi və məlumat əsaslı təhlil imkanlarının gücləndirilməsi prioritet hesab edilir.
Qeyd edək ki, 2023-cü ildə qəbul edilmiş “Dövlət satınalmaları haqqında” Qanun satınalma proseslərinin rəqəmsallaşdırılması, şəffaflığın və sahibkarların iştirak imkanlarının artırılması üçün yeni hüquqi baza yaradıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
9 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
10 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti




























