Azercell Könüllüləri yeni tədris ili ərəfəsində məktəblilərə dəstək oldu
Sosial təşəbbüs çərçivəsində 60-dan çox şagirdə yeni dərs ili üçün hədiyyələr təqdim edilibYeni tədris ili ərəfəsində “Azercell Könüllüləri” növbəti sosial təşəbbüsünü həyata keçirib. Layihə çərçivəsində 60-dan çox məktəbliyə yeni dərs ilinə hazırlıq üçün zəruri məktəb ləvazimatları və hədiyyələr təqdim olunub.
Hədiyyələr hər bir şagirdin fərdi ehtiyacları nəzərə alınaraq seçilib. Bakı ilə yanaşı, ölkənin müxtəlif regionlarını da əhatə edən təşəbbüs çərçivəsində könüllülər şəhid və qazi ailələrinin, eləcə də aztəminatlı ailələrin məktəbli övladlarını ziyarət edərək yeni dərs ili sevincini onlarla bölüşüblər.
Məktəblilərin siyahısı yerli icra hakimiyyəti orqanları və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin əvvəlki layihələr çərçivəsində təqdim etdiyi məlumatlar əsasında hazırlanıb.
Qeyd edək ki, “Azercell Könüllüləri” 2001-ci ildən fəaliyyət göstərir. Könüllülər təhsil, sosial rifah və icma inkişafı istiqamətlərində müxtəlif təşəbbüslər həyata keçirir, həssas sosial qruplara dəstək göstərir, uşaqların və gənclərin inkişafına yönəlmiş layihələrdə fəal iştirak edirlər.
Müştərilərin xəbərləri
“Azərpoçt” və “PostEurop” poçt sektorunun transformasiyasını və inkişaf perspektivlərini müzakirə edib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
3 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
3 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 41 d. əvvəl
-
2 saat əvvəl
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
- 2 saat əvvəl
-
3 saat əvvəl
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
-
6 saat əvvəl
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda milyonlarla manatlıq borc portfeli satışa çıxarıldı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
Ən çox oxunanlar
Bu gündən Azərbaycanda ov mövsümü açılıb
Azərbaycan neftinin son qiyməti
Azərbaycanda milyonlarla manatlıq borc portfeli satışa çıxarıldı
Kanadanın neft-qaz nəhəngi Azərbaycanda filial açdı
Li Auto avtomobilləri Qazaxıstanda da istehsal ediləcək
Fransa şirkət 12 saat işləyə bilən elektrikli traktor istehsal edəcək – 2028-ci ildə satışa çıxarılacaq
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib – Rubio sərt xəbərdarlıq etdi





















