Azərbaycanın Hindistana ümumi ixracı 249 dəfə artıb
Suriyaya ixrac 300 milyon dolları keçdi, Tayvanda minlərlə dəfə artım.2025-ci ilin ilk 8 ayında Hindistana ümumi ixrac cəmi 1,65 milyon dollar idi. 2026-cı ildə bu göstərici 412 milyon dollara yüksəlib.
Marja.az Dövlət Gömrük Komitəsinin 2025 və 2026-cı illər üzrə aylıq ixrac və idxal statistikasının müqayisəsi əsasında müəyyən edib ki, artımın əsas səbəbi xam neft ixracında görünür: ayrıca neft cədvəlində Hindistana 399,2 milyon dollarlıq xam neft ixracı qeydə alınıb.
Hindistana Azərbaycan neftinin ixracında kəskin sıçrayış
2025-ci ilin ilk 8 ayında Hindistana cəmi 1,747 ton xam neft 781,5 min dollara göndərilmişdi. 2026-cı ilin eyni dövründə həcm 524,3 min tona, dəyər isə 399,2 milyon dollara yüksəlib.
Bu, həm fiziki həcmdə, həm də dəyərdə yüzlərlə dəfə artım deməkdir.
Eyni zamanda İtaliya Azərbaycan neftinin əsas alıcısı olaraq qalır. İtaliyaya ixrac olunan xam neftin həcmi 7,9% azalsa da, statistik dəyər 4,8 milyard dollardan 5,23 milyard dollara yüksəlib.
Azərbaycan ixracının coğrafiyasında sürətli dəyişikliklər: Suriya, Tayvan, Fransa və İspaniya önə çıxıb
Ölkələr üzrə tam cədvəl bir sıra çox yüksək artım templərini üzə çıxarır. Suriyaya ixrac 2025-ci ildə 286 min dollar olduğu halda 2026-cı ildə 300,6 milyon dollara yüksəlib. Tayvana ixrac 27 min dollardan 95,8 milyon dollara, İspaniyaya 9,7 milyon dollardan 111,5 milyon dollara, Fransaya 46,3 milyon dollardan 186,4 milyon dollara qalxıb.
Əks istiqamətdə Xorvatiyaya ixrac təxminən 67%, Almaniyaya 38%, Portuqaliyaya 42%, Niderlanda isə 44% azalıb.
Bu göstəricilər 2026-cı ildə Azərbaycanın ixrac coğrafiyasında yalnız həcmin deyil, istiqamətlərin də ciddi dəyişdiyini göstərir.
Qeyri-neft ixracının 55%-i Böyük Britaniyaya yönəlib
2025-ci ildə qeyri-neft ixracının əsas bazarı 33,93% payla Rusiya idi. Türkiyə 16,44%, İsveçrə 9,18%, Gürcüstan 9,02% paya malik idi.
2026-cı ildə struktur tam dəyişib. Böyük Britaniya 55,43% pay və 3,48 milyard dollarla birinci yerə yüksəlib. Rusiyanın payı 12,97%-ə, Türkiyənin payı 6,93%-ə, Gürcüstanın payı 6,16%-ə, İsveçrənin payı 4,53%-ə düşüb.
Bu dəyişiklik qeyri-neft ixracındakı 161,7%-lik ümumi artımın coğrafi baxımdan çox yüksək konsentrasiyaya malik olduğunu göstərir.
Müştərilərin xəbərləri
“Bank sektorunda risklərin erkən aşkarlanması və nəzarətin avtomatlaşdırılması ön plana çıxacaq” - MÜSAHİBƏ
PAŞA Bank COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 3 gün sonra
-
37 d. əvvəl
Noyabrın 24-də gözlənilən hava şəraiti - 20° isti gözlənilir
- 52 d. əvvəl
-
58 d. əvvəl
İtaliya SOCAR-a təşəkkür etdi: “Vətəndaşlarımız yanacağı daha ucuz alırlar”
-
1 saat əvvəl
Kart fırıldaqçılığına dair narahatedici rəqəmlər –5 milyon manatlıq kart fırıldaqçılığı
-
1 saat əvvəl
Bank kartlarından milyonlarla manat ələ keçirilib – Mərkəzi Bank rəqəmləri açıqladı
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
“Bank sektorunda risklərin erkən aşkarlanması və nəzarətin avtomatlaşdırılması ön plana çıxacaq” - MÜSAHİBƏ
Kart fırıldaqçılığına dair narahatedici rəqəmlər –5 milyon manatlıq kart fırıldaqçılığı
Bank kartlarından milyonlarla manat ələ keçirilib – Mərkəzi Bank rəqəmləri açıqladı
Ən çox oxunanlar
PAŞA Bank COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib
Azərbaycan neftinin son qiyməti
Paşinyan yeni Konstitusiya qəbul edildikdən sonra Azərbaycanla sülh müqaviləsinin imzalanacağına söz verib
Ermənistanın yeni Konstitusiyasının layihəsi dərc edilib, sənəddə Müstəqillik Bəyannaməsinə istinad yoxdur
Husilər Səudiyyə Ərəbistanında neft emalı zavodunu vurduqlarını bildiriblər, Tramp İrana yeni zərbələr barədə xəbərdarlıq edib
Türkiyədə “Həmişə ucuz” reklamına görə market şəbəkəsi 1 milyon lirədən çox cərimələnib
“AzInTelecom” və “Presight” SİMA-nın beynəlxalq bazara çıxarılması üçün əməkdaşlıq edəcək
Fransanın restoran şəbəkəsinin Bakı Ağ Şəhərdə filialı açılacaq
















