CFI Financial İnvestisiya Şirkəti 400-dən çox iştirakçının qatıldığı seminarla maliyyə biliklərinin artırılmasına sadiqliyini gücləndirir
CFI Financial İnvestisiya Şirkəti (CFI Azərbaycan) Radisson Hotel Baku-da “Qlobal maliyyə bazarlarının sirləri” seminarını keçirib. Tədbir investisiya, treydinq və qlobal maliyyə dünyasına maraq göstərən 400-dən çox iştirakçını bir araya gətirib.
Tədbirə göstərilən yüksək maraq Azərbaycanda maliyyə bazarları üzrə maarifləndirməyə olan tələbatın səviyyəsini nümayiş etdirir və CFI Azərbaycanın ölkədə maliyyə biliklərini daha əlçatan etmək istiqamətindəki geniş öhdəliyində növbəti mühüm mərhələni ifadə edir. Davamlı olaraq genişlənən maarifləndirici təşəbbüslər proqramı vasitəsilə Şirkət insanların treydinq və investisiyada daha məlumatlı iştirak etmələri üçün zəruri bilik, alət və anlayışlarla təmin olunmasına töhfə verməyi hədəfləyir.
Seminar çərçivəsində qlobal bazarların necə fəaliyyət göstərdiyi, investisiya və treydinq arasındakı fərqlər, bazar imkanları, risklərin idarə olunması və müxtəlif treydinq yanaşmaları müzakirə olunub. Praktiki bazar nümunələri vasitəsilə iştirakçılar maliyyə alətləri, bazar trendləri və treydinq strategiyaları ilə tanış olub, eyni zamanda bazar ekspertləri ilə birbaşa ünsiyyət qurmaq imkanı əldə ediblər. Tədbirin əsas spikeri və bazar eksperti Elvin Abduyev sektorda baş verən yeniliklər, investisiya və treydinqə yanaşmalar, treydinq qərarlarının verilməsi, eləcə də müasir treydinq alətləri və texnologiyalarından istifadə ilə bağlı fikirlərini iştirakçılarla bölüşüb.
“Biz inanırıq ki, maliyyə savadlılığı təkcə bazarlarda artıq fəaliyyət göstərən şəxslər üçün deyil, hər kəs üçün əlçatan olmalıdır. Azərbaycanda qlobal bazarlara maraq sürətlə artır və bununla yanaşı, etibarlı və praktik maliyyə maarifləndirilməsinə ehtiyac da yüksəlir. Bakıda keçirilən tədbirimizə 400-dən çox insanın qatılması bu tələbatın nə qədər güclü olduğunu göstərdi. Biz bu ehtiyaca cavab verməyi öz məsuliyyətimiz hesab edirik və CFI Azərbaycan bu istiqamətdə səylərini geniş maarifləndirici resurslar vasitəsilə davam etdirir. CFI Academy kurslarından ofisdaxili vörkşoplara, seminarlara, bazar araşdırmalarına və onlayn tədris resurslarına qədər məqsədimiz ölkə üzrə insanların treydinq və investisiyaya daha məlumatlı mövqedən yanaşmasına dəstək olmaqdır”, – deyə CFI Financial İnvestisiya Şirkətinin İdarə Heyətinin sədri Pərvanə Qasımova bildirib.
Şirkətin maarifləndirmə proqramı yalnız genişmiqyaslı seminarlarla məhdudlaşmır. Proqram maliyyə bazarları üzrə müxtəlif təcrübə səviyyələrinə malik şəxslərə biliklərini inkişaf etdirmək üçün müxtəlif imkanlar təqdim edir.
Bu yerli proqram CFI Financial Group-un fəaliyyət göstərdiyi bazarlarda maliyyə maarifləndirilməsinə yönəlmiş daha geniş öhdəliyinin bir hissəsidir. Qlobal bazarlara çıxış, peşəkar treydinq texnologiyaları və bazar analitikası ilə yanaşı, Qrup maliyyə biliklərinin artırılmasına və bazarlarda daha məlumatlı iştirakın dəstəklənməsinə yönəlmiş resurslar da təqdim edir.
Son seminara göstərilən yüksək marağa əsaslanaraq, CFI Azərbaycan növbəti aylarda da əlavə maarifləndirici tədbirlərin keçirilməsini planlaşdırır və ölkədə maliyyə təhsili istiqamətində fəaliyyətini genişləndirməyə davam edir.
CFI Azərbaycanın tərkibində olduğu CFI Financial Group haqqında
1998-ci ildə təsis edilmiş CFI Financial Group onlayn treydinq və investisiya sahəsində qlobal miqyasda tanınan lider şirkətlərdən biridir. Tənzimlənən onlayn treydinq provayderi kimi 25 ildən artıq təcrübəyə, qabaqcıl texnologiyalara və premium xidmətə malik CFI səhmlər, valyutalar, əmtəələr və digər maliyyə alətləri üzrə yüksək rəqabətli şərtlərlə qlobal və yerli bazarlara rahat çıxış təqdim edir. Qrup London, Əbu-Dabi, Dubay, Keyptaun, Bakı, Beyrut, Amman, Qahirə və Boqota daxil olmaqla əsas maliyyə mərkəzlərində fəaliyyət göstərir.
CFI uzunmüddətli müştəri münasibətlərinin qurulmasına və treyderlərin inkişaf yolunun hər mərhələsində dəstəklənməsinə sadiqdir. Qrupun qlobal brend səfirləri – yeddiqat Formula One™ dünya çempionu Lyuis Hamilton və tennis əfsanəsi Mariya Şarapova, eləcə də Abu Dhabi Mədəniyyət və Turizm Departamenti, Livan Basketbol Federasiyası və İordaniya Futbol Assosiasiyası daxil olmaqla aparıcı idman və mədəniyyət qurumları ilə tərəfdaşlıqları innovasiya, yüksək performans və uğura ortaq sadiqliyi əks etdirir, eyni zamanda dünya üzrə mədəni və ictimai təşəbbüsləri dəstəkləyir.
Müştərilərin xəbərləri
Noutbuk 400 manat, qəhvə maşını 550 manat, paltaryuyan 480 manat, planşet 160 manat ucuzlaşdı – ENDİRİM BAŞLADI ®
Holcim Azərbaycan “BakuBuild” sərgisində qabaqcıl dayanıqlı həllərini və ekoloji məhsul portfelini təqdim edir ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
10 saat sonra
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
-
19 saat əvvəl
Fransada lüks mağazalara hücumlar – Vitrinlər sındırılıb, bahalı mallar aparılıb
-
- 1 gün əvvəl
-
2 gün əvvəl
Süd vəzi xərçənginə dəstək məqsədilə “GüclüSən” sığorta məhsulu təqdim olunub
-
2 gün əvvəl
“Chicken Pro”ya məxsus “Səba” mağazaları fəaliyyətini müvəqqəti dayandırıb – SƏBƏBİ AÇIQLANIB
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycanın 15 milyon manatlıq istiqrazlarının II tranşına abunə başladı ®
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qarabağ və Şərqi Zəngəzərə daha 13,2 MİLYARD MANAT ayrılacaq
-
2 gün əvvəl
Neft Fondu 9 ayda neft-qaz satışından 8 milyard manata yaxın gəlir əldə edib
-
2 gün əvvəl
Mərkəzi Bank sığorta agentinin lisenziyasını LƏĞV ETDİ – SƏBƏB AÇIQLANDI
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
Azərbaycanın müstəqilliyini bərpa etməsindən 35 il ötür
“Chicken Pro”ya məxsus “Səba” mağazaları fəaliyyətini müvəqqəti dayandırıb – SƏBƏBİ AÇIQLANIB
Gömrükdən yükün maneəsiz keçirilməsi üçün pul almaqda ittiham olunan şəxs məhkəmə qarşısına çıxarılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Qarabağ və Şərqi Zəngəzərə daha 13,2 MİLYARD MANAT ayrılacaq
"SOCAR və BP Üstyurtda altı blokda geoloji-kəşfiyyat işləri aparır"
Noutbuk 400 manat, qəhvə maşını 550 manat, paltaryuyan 480 manat, planşet 160 manat ucuzlaşdı – ENDİRİM BAŞLADI ®
Çindən Azərbaycana turist axını sürətlənib – Sentyabrda 28% artım

























