Məhsulları dəyər-dəyməzinə satırlar - 10 qəpiyə
Samux rayonunun sakinləri son illər meyvəçiliyin inkişaf etdirilməsinə daha çox diqqət yetirirlər. Məhz bunun nəticəsidir ki, hazırda rayonda tumlu, qərzəkli, çəyirdəkli, quru subtropik və sair meyvə növləri yetişdirilir. Rayonda meyvə ağacları əsasən əhalinin həyətyanı sahələrindədir.
Lakin son illər dövlətin aqrar sahənin inkişafına göstərdiyi diqqət və qayğıdan yararlanan əhali pay torpaqlarında da meyvə ağacları əkməyə başlamışdır. Hazırda Samuxda 1441 hektar meyvə və 1055 hektar üzüm bağı var. Keçən il 57 hektarda yeni meyvə bağı salınmışdır. Mövcud bağların 1190,4 hektarı barverəndir.
Keçən il havaların əlverişli keçməsi rayonda bol meyvə və giləmeyvə yetişməsinə səbəb olmuş, əhali 3751 ton məhsul əldə etmişdir ki, bu da əvvəlki illə müqayisədə 5,4 faiz çoxdur. Cari ildə də Samux meyvəçiləri bol məhsul əldə etmişlər. Belə ki, cari ilin son 5 ayında 5 min 831 ton meyvə tədarük etmişlər. Bu, keçən ilin müvafiq dövründəkindən 1,6 dəfə çoxdur. O cümlədən 65,4 hektar alma bağından 1000 ton, 62,3 hektar armud bağından 1000 tondan çox, 54,5 hektar şaftalı bağından 500 ton, 151,5 hektar ərik bağından 1300 ton, 60,3 hektar gilas bağından 590 ton, 14,6 hektar albalı bağından 180 ton, 48,2 hektar gavalı bağından 660 ton, 123 hektar alça bağından isə 1000 ton məhsul toplayaraq həm daxili, həm də xarici bazarlarda satmışlar. Rayonda elə kənd sakinləri var ki, onlar pay torpaqlarının hamısında meyvə bağı salmışlar. Məsələn, Sərkar kəndinin sakini Elnur Sadıqov 8 hektarda, Alabaşlı kəndinin sakini Kərəm Məmmədov 6 hektarda meyvə bağı salmışdır.
Qaydaya görə, rayonda meyvələr yığıldıqdan sonra ya müxtəlif texnologiyalarla emal edilməli, ya müəyyən müddət soyuducu anbarlarda saxlanılmalı, ya da dərhal istehlaka göndərilməlidir. Lakin rayonda meyvə emalı müəssisəsinin olmaması, eləcə də soyuducu anbarların istehsal edilən meyvələrin hamısını saxlamaq imkanından xaric olması bir çox problemlər yaradır. Nəticədə təsərrüfat sahibləri məhsulu dəyər-dəyməzinə satmaqla xeyli ziyan çəkirlər.
İstehsal olunan meyvələr içərisində xurma olduqca rentabellidir. Onun tərkibində 22 faiz şəkər, 1,22 faiz üzvi turşular, 1,6 faiz zülallı maddələr, 1,8 faiz yağlar, eləcə də çoxlu miqdarda C vitamini, yod və sair var. Elə buna görə də xurma dietik və müalicəvi əhəmiyyətə malikdir. O, hipertaniya və ateroskleroz və digər xəstəliklərin müalicəsində də böyük səmərə verir. Tərkibinin bu qədər zəngin olmasına baxmayaraq, xurmanın becərilməsi texnologiyası nisbətən asan, xəstəlik və ziyanvericilərə qarşı isə çox davamlıdır.
Məhsuldarlığı yüksək olduğundan hektardan 90-120 ton məhsul götürmək mümkündür. Məhz bunun nəticəsidir ki, son illər rayonda bu meyvənin əkin sahələri xeyli genişləndirilmiş, daha məhsuldar xurma sortlarının əkilməsinə diqqət artırılmışdır.
Lakin təəssüflər olsun ki, rayonda hər il yetişdirilən xurmanın satış problemi yaranır. Bu da sakinlərdə ruh düşkünlüyünə səbəb olur. Alıcı qüvvəsi zəif olduğundan təsərrüfat sahibləri onun bir kiloqramını bəzən 10 qəpiyə satırlar.
Hər il olduğu kimi, bu il də Samuxun xurma bağlarından bol məhsul gözlənilir. Qeyd edək ki, hazırda rayonda 316 hektar xurma bağı var. Bu bağlardan da 10 min tona yaxın məhsul gözlənilir. Bir çox rayon sakinlərinin əsas gəlir yeri xurmadandır. Məsələn, Çobanabdallı kəndinin sakini Adil Haqverdiyev pay torpağında 3,5 hektar, Əhmədbəyli kəndinin sakini Sücaət Məmmədov 17 hektar xurma bağı salmışdır ki, bu bağlardan da hər il çoxlu qazanc əldə edirlər. Əvvəllər meyvəçiliyin inkişaf etdirilməsi, o cümlədən yeni meyvə bağlarının salınması üçün suvarma suyu da çatışmırdı. Şəmkir dəryaçası istifadəyə verildikdən sonra bu problem aradan qalxmışdır.
© "Azərbaycan"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 1 gün sonra
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı "İnvestra Kredit Ittifaqı"na lisenziya verib
-
7 saat əvvəl
AutoStar Kaukasus yeni S-Class modelini ilk dəfə Azərbaycanda təqdim etdi
-
8 saat əvvəl
Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb
- 8 saat əvvəl
-
8 saat əvvəl
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
- 9 saat əvvəl
-
10 saat əvvəl
"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb
- 10 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Kürdəmirdə “Bazarstore” açılır
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb
Leobank Uşaq kartı istifadəçilərinin sayı 20 000-ə çatdı!
“Mərmər İnşaat” şirkətinin biznes həcmi əhəmiyyətli şəkildə kiçilib
"ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib"
Azərbaycanda şirkətlərin sayı 6 faizə yaxın artıb
Avqustun 13-də gözlənilən hava şəraiti
Bankda növbədənkənar yığıncaq keçiriləcək, investisiya şirkətinə əlavə maya qoyulacaq
“Böyük Dördlük” Azərbaycanda bazarın təxminən 60%-nə nəzarət edib






















