Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Azərbaycan Sənaye Sığorta”da ikiqat təzyiq – yığım azalıb, ödəniş kəskin artıb

Şirkətin yığımları 17% düşüb, ödənişləri 53% yüksəlib; “Azərbaycan Sənaye Sığorta” bazarda 4 pillə geriləyib.
iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azərbaycan Sənaye Sığorta”da ikiqat təzyiq – yığım azalıb, ödəniş kəskin artıb
iç səhifə xəbər şəkil altı (mobil)_32

“Azərbaycan Sənaye Sığorta” ASC-nin 2026-cı ilin yanvar–avqust aylarında topladığı sığorta haqları 17 milyon 969 min manat təşkil edib.

Marja.az Azərbaycan Mərkəzi Bankının operativ məlumatları əsasında hesablayıb ki, bir il əvvəl şirkət 21 milyon 662 min manat yığım əldə etmişdi. Beləliklə, sığorta haqları 3 milyon 693 min manat və ya 17% azalıb.

Eyni dövrdə ödənişlər tam əks istiqamətdə dəyişib. Şirkətin sığorta ödənişləri 8 milyon 38 min manatdan 12 milyon 334 min manata yüksəlib. Artım 4 milyon 296 min manat və ya 53,4% olub.

Bu iki istiqamətli dəyişiklik nəticəsində ödəniş/yığım nisbəti 37,1%-dən 68,6%-ə yüksəlib.

Şirkətin bazar payı 2,07%-dən 1,61%-ə enib və yığımların həcminə görə mövqeyi 7-ci pillədən 11-ci pilləyə geriləyib.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Azərbaycan Sənaye Sığorta sığorta haqları sığorta ödənişləri sığorta bazarı Mərkəzi Bank sığorta şirkətləri.
24.09.2026 13:47
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19