970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

H&M Azərbaycanda ilk mağazasını 17 oktyabr 2026-cı ildə açacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
H&M Azərbaycanda ilk mağazasını 17 oktyabr 2026-cı ildə açacaq
iç səhifə xəbər şəkil altı (mobil)_32

İsveçin qlobal moda brendi H&M Azərbaycandakı ilk mağazasını 17 oktyabr 2026-cı il saat 12:00-da Gənclik Mall-da açacağını təsdiqləyir. Bu açılış H&M-in Sinteks Şirkətlər Qrupu ilə françayzinq tərəfdaşlığı çərçivəsində Azərbaycan bazarına daxil olacağı barədə əvvəlki elanından sonrakı növbəti mərhələdir.

İki mərtəbədə yerləşən və 2153 kvadratmetr sahəni əhatə edən H&M-in Azərbaycandakı ilk mağazası kəşflər üçün ruhlandırıcı moda məkanı olacaq. İki müştəri girişindən mağazaya daxil olan ziyarətçiləri aktual trendlərlə mövsümün qarderob əsaslarını bir araya gətirən geniş məkan qarşılayacaq.

Qadın geyimlərindən - Ladies və Divided konseptləri daxil olmaqla - kişi və uşaq geyimlərinədək, mağaza H&M-in əsas moda konseptlərini bir məkanda birləşdirəcək. Təklifə qadınlar və kişilər üçün idman dəbini, funksionallığı və rahatlığı birləşdirən H&M Move da daxil olacaq. Müştəriləri yaradıcılığı, üslubu, keyfiyyəti və sərfəli qiymətləri bir araya gətirən geniş və daim yenilənən çeşid gözləyir.

H&M-in biznes ideyasının əsasında moda və keyfiyyəti ən sərfəli qiymətə, davamlı şəkildə təqdim etməklə modanı hər kəs üçün əlçatan etmək öhdəliyi dayanır. H&M müştərilərə moda dünyasını kəşf etmək, şəxsi üslubunu ifadə etmək və hər fürsət üçün uyğun seçim tapmaq azadlığı verir.

“H&M-i Azərbaycana gətirməkdən və qlobal genişlənmə yolumuzda bu həyəcanverici addımı atmaqdan məmnunuq. Azərbaycan dinamik və inkişaf edən bazardır və burada uzunmüddətli mövcudluq yaratmaq üçün böyük potensial görürük. Etibarlı tərəfdaşımız Sinteks ilə birlikdə H&M-in moda və keyfiyyətini ölkə üzrə müştərilərə ən sərfəli qiymətə təqdim etməyi və modanı hər kəs üçün əlçatan etmək məqsədilə ruhlandırıcı alış-veriş təcrübələri yaratmağı səbirsizliklə gözləyirik”, - deyə H&M-in Françayzinq üzrə rəhbəri Linn Hoffström bildirib.

Gənclik Mall rahat əlçatanlığı zəngin moda, iaşə və əyləncə imkanları ilə bir araya gətirdiyi üçün H&M-in Azərbaycandakı ilk mağazası üçün seçilib. Rahatlıqla dinamik pərakəndə satış mühitinin bu vəhdəti Gənclik Mall-u H&M-in müxtəlif moda təkliflərini Bakıdakı müştərilərə təqdim etmək üçün ideal məkana çevirir.

“H&M-in Azərbaycandakı ilk mağazasının açılışı bizim üçün mühüm mərhələdir və brendi Bakıdakı müştərilərə daha da yaxınlaşdırmaqdan qürur duyuruq. Komandamız hər kəsi Gənclik Mall-da qarşılamağı, ruhlandırıcı moda və mükəmməl alış-veriş təcrübəsi vasitəsilə müştərilərimizlə güclü və uzunmüddətli əlaqə qurmağı səbirsizliklə gözləyir”, - deyə H&M Azərbaycanın icraçı direktoru Pyotr Kuxarski bildirib.

Müştərilər 17 oktyabr 2026-cı il saat 12:00-da Gənclik Mall-da H&M-ə qoşulmağa və brendin Azərbaycandakı ilk mağazasının açılışını birlikdə qeyd etməyə dəvət olunur. Ziyarətçilər saat 12:00-da keçiriləcək lentkəsmə mərasimini qaçırmamalıdırlar. Növbəyə qoşulan ilk 100 qonaq isə H&M-dən xüsusi hədiyyə alacaq.

H&M haqqında

H & M HENNES & MAURITZ AB (PUBL) 1947-ci ildə İsveçdə təsis edilib və Nasdaq Stockholm fond birjasında listinqdədir. H&M-in biznes ideyası moda və keyfiyyəti ən sərfəli qiymətə təklif etməkdir. Qrupun brendləri H&M (H&M HOME, H&M Move və H&M Beauty daxil olmaqla), COS, Weekday (Cheap Monday və Monki daxil olmaqla), & Other Stories, ARKET, Singular Society və Sellpy-dir. Qrupa, həmçinin, bir sıra digər təşəbbüslər daxildir. Ətraflı məlumat üçün hmgroup.com saytına daxil olun.

Sinteks Şirkətlər Qrupu haqqında

1996-cı ildə təsis edilən Sinteks Şirkətlər Qrupu Qafqaz və Mərkəzi Asiyada fəaliyyət göstərən moda və həyat tərzi pərakəndə satış qrupudur. Qrup premium, orta-yüksək və kütləvi pərakəndə satış seqmentlərində 100-dən çox beynəlxalq brendi təmsil edir və univermaqlar, butiklər, konsept mağazalar və elektron ticarət platformaları daxil olmaqla 120-dən çox satış nöqtəsini idarə edir. Təxminən 1 700 əməkdaşı olan Sinteks Şirkətlər Qrupunun portfeli moda, aksesuarlar, ayaqqabı, gözəllik, zərgərlik, ev dekorasiyası, qida və içki sahələrini əhatə edir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

H&M H&M Azərbaycan H&M Bakı H&M Gənclik Mall H&M mağazası H&M açılış H&M 17 oktyabr H&M Azerbaijan Gənclik Mall Sinteks Şirkətlər Qrupu Sinteks Linn Hoffström Pyotr Kuxarski Azərbaycanda yeni mağaza Bakıda yeni mağaza moda brendi geyim mağazası pərakəndə satış beynəlxalq brendlər H&M Move Divided qadın geyimləri kişi geyimləri uşaq geyimləri Azərbaycan pərakəndə bazarı françayzinq yeni brend Azərbaycanda
25.09.2026 09:54
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19